08:22
728
Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya–Azərbaycan münasibətlərinin "tam normallaşdığını" bəyan etməsi bir çox mətləblərə işıq saçır. Azərbaycan Prezidentinin bu bəyanatıının nə demək olduğunu Rusiyada ciddi təhlil etməyə çalışırlar. Bəziləri Azərbaycanın prinsipal mövqeyinin zəiflədiyini düşünür. Əslində, məsələ çox sadədir. Bu, əvvəlki vəziyyətə qayıdış deyil. Bu, Bakının prinsipial mövqeyinin zəifləməsi də deyil. Həmçinin, sadəcə formal bəyanat da hesab edilə bilməz. Bu yeni siyasi reallığın göstəricisidir
Bunu xalqcebhesi.az-a politoloq Vasif Əfəndi deyib.
"Burada bir neçə mühüm fikir var. Normallaşma güzəşt demək deyil. Prezident İlham Əliyev çatdırmaq istəyir ki, Azərbaycan öz mövqeyindən geri çəkilməyib və prinsipial siyasətini dəyişməyib və
münasibətlər yeni əsaslar üzərində qurulur.
Son illərdə baş vermiş hadisələr, xüsusilə məlum təyyarə insidenti, qarşılıqlı diplomatik gərginlik, informasiya müharibəsi və regional geosiyasi dəyişikliklər əvvəlki münasibətlər modelini dəyişib. Buna görə də "normallaşma" əvvəlki vəziyyətin bərpası deyil, yeni qaydaların formalaşmasıdır.
Bu həm də "Sakit güc" tərzidir" - politoloq deuib.
O, qeyd edib ki, Prezident Azərbaycanın emosional reaksiyalar vermək əvəzinə, öz maraqlarını sakit, ardıcıl və inamlı şəkildə müdafiə edən dövlət kimi çıxış etdiyini demək istəyir. Bu, diplomatiyada "özünəinamlı dövlət davranışı" kimi qəbul edilir:
"Bir sözlə, əvvəlki qüvvələr nisbəti dəyişib, tərəflər artıq yeni siyasi və geosiyasi şərtlərlə hərəkət edirlər. Yəni Rusiya da, Azərbaycan da münasibətlərə əvvəlki mövqelərdən deyil, dəyişmiş reallıqlar fonunda yanaşırlar.
Qısası, "tam normallaşma" qarşıdurmanın bitməsi deməkdir, lakin əvvəlki münasibətlər modelinə qayıdış demək deyil. Azərbaycan bu mərhələyə daha güclü, daha müstəqil və daha özünəinamlı tərəf kimi daxil olur və Rusiya da bu yeni reallığı nəzərə almağa məcburdur".
Cavid