08:28
567
Son sutkada kriptovalyuta bazarında “Bitcoin”dən başqa digər əsas aktivlərdə artım müşahidə olunub.
Bazar kapitallaşması 2,22 trilyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki günlə müqayisədə 0,08% azdır. CoinMarketCap 20 indeksi isə 0,02% artaraq 132,5 bəndə yüksəlib.
Ən böyük kriptovalyuta olan Bitcoin 24 saatda 0,28% ucuzlaşaraq 64 559,66 ABŞ dollarına enib. Ethereum isə 2,22% bahalaşaraq 1 916,95 ABŞ dollarına yüksəlib. BNB 0,08% artaraq 580,91 ABŞ dolları olub.
Qızıl əsaslı rəqəmsal aktivlərdən Tether Gold (XAUt) 0,05% artaraq 4 029,32 ABŞ dollarına, PAX Gold (PAXG) isə 0,06% bahalaşaraq 4 027,63 ABŞ dollarına çatıb.
Digər əsas kriptovalyutalardan Monero 0,04%, Zcash isə 1,96% bahalaşıb. Bitcoin Cash isə 5,67% ucuzlaşıb.
Bazar iştirakçılarının əhvalını göstərən Fear & Greed Index 35 bənd səviyyəsində qalıb ki, bu da investorların ehtiyatlı mövqeyini qoruduğunu göstərir.
Analitiklər bildirirlər ki, bazarda ciddi dəyişiklik olmamasının əsas səbəbi investorların ABŞ-də faiz dərəcələri ilə bağlı gözləntilər və yeni iqtisadi göstəricilər açıqlanmadan əvvəl böyük həcmli alış-satışlardan çəkinməsidir. Bu səbəbdən kriptovalyutaların əksəriyyətində qiymətlər kiçik dəyişikliklərlə məhdud qalıb.