Rusiya, Qazaxıstan, BƏƏ və Çində ticarət və şərab evləri açılacaq İqtisadiyyat

Rusiya, Qazaxıstan, BƏƏ və Çində ticarət və şərab evləri açılacaq

Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair mətbuat konfransı keçirilib. Konfransda çıxış edən AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev dövlət başçısının sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, qeyri-neft məhsullarının ixracının inkişafı istiqamətində həyata keçirilən islahatlar, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, bu ilin əvvəlindən Azərbaycan məhsulları xarici ölkələrdə keçirilən 8 beynəlxalq sərgidə nümayiş olunub. Belə ki, Azərbaycan şirkətləri Almaniyanın Berlin şəhərində “Beynəlxalq Yaşıl Həftə 2019”, “Fruit Logistica 2019”, “Prowein 2019”, Rusiyanın Moskva şəhərində “Prodexpo 2019”, “Mosbuild 2019”, “Worldfood Moscow 2019”, BƏƏ-də “Gulfood 2019” və Çində təşkil edilmiş “Sial China 2019” beynəlxalq sərgilərində “Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirak ediblər. Qeyd olunub ki, Azərbaycan məhsulları indiyədək 25 beynəlxalq sərgidə vahid ölkə stendi ilə təqdim edilib. Həyata keçirilən tədbirlərin davamı olaraq Azərbaycan məhsulları bu ilin sonunadək Almaniyada “Anuga 2019” və Çində təşkil olunacaq “Food and Hotel China” beynəlxalq sərgilərində nümayiş olunacaq.
Tədbirdə bildirilib ki, 2019-cu ilin əvvəlindən ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan müraciətlər əsasında sahibkarlıq subyektlərinə 7,1 mln. manat ixrac təşviqi ödənilib. İndiyədək isə sahibkarlara 15,1 mln. manat ixrac təşviqi verilib. Bu ilin ötən dövründə 6 xarici ölkəyə (Çin, Polşa, Latviya, Qətər, İsveçrə və Rusiya) 7 ixrac missiyası təşkil olunub. Ümumilikdə isə indiyədək xarici ölkələrə 31 ixrac missiyası təşkil edilib.
Bununla yanaşı, bu il ilk dəfə olaraq Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə başlanılacaq. Bu mexanizmin tətbiqi “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq, yerli məhsulların ixracının genişləndirilməsi, eləcə də, qeyri-neft istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq. İlk alıcı missiyasının təşkili bu ilin oktyabr ayında şərab və digər spirtli içki məhsullarının istehsalı sahəsində həyata keçiriləcək. Belə ki, alıcı missiyada iştirak məqsədi ilə Rusiya Federasiyasından 8 şirkət seçilib. 2019-cu ilin sonunadək qeyri-neft sektorunun müxtəlif sahələrində Gürcüstan, Özbəkistan, Polşa, Xorvatiya və digər ölkələrdən sahibkarlardan ibarət alıcı missiyalarının Azərbaycana səfəri nəzərdə tutulur.
Yusif Abdullayev xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan ticarət evləri barədə məlumat verib. Yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə 2019-cu ilin yanvar ayının 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Azərbaycan Ticarət evi” fəaliyyətə başlayıb. Bu ticarət evi Azərbaycan məhsullarının Körfəz ölkələrində təşviqi və satışının təşkilində əhəmiyyətli rol oynayacaq. Bundan əlavə, Azərbaycan şərab və digər spirtli içki məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi və Rusiya bazarına satışının artırılması məqsədi ilə bu ilin 8 iyul tarixində Rusiyanın Yekaterinburq şəhərində şərab evi açılıb. Şərab evinin daimi fəaliyyət göstərən sərgisində Azərbaycan şirkətlərinin istehsalı olan 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər və s. təqdim edilir. Şərab evində nümayiş olunan Azərbaycan məhsulları böyük maraqla qarşılanır. Bununla yanaşı, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Çində daha 5 ticarət və 2 şərab evinin açılması nəzərdə tutulur.
“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda daha çox tanıdılması, eləcə də ixracın stimullaşdırılması tədbirləri davam etdirilir. Bu ilin əvvəlindən Azərbaycan məhsulları xarici ölkələrdə keçirilən 8 beynəlxalq sərgidə nümayiş olunub. Belə ki, Azərbaycan şirkətləri Berlində “Beynəlxalq Yaşıl Həftə 2019”, “Fruit Logistica 2019”, “Prowein 2019”, Moskvada “Prodexpo 2019”, “Mosbuild 2019”, “Worldfood Moscow 2019”, Birləşmiş Ərəb Əmirliklərində “Gulfood 2019” və Çində təşkil edilmiş “Sial China 2019” beynəlxalq sərgilərində “Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycan məhsulları indiyədək 25 beynəlxalq sərgidə vahid ölkə stendi ilə təqdim edilib. Həyata keçirilən tədbirlərin davamı olaraq Azərbaycan məhsulları bu ilin sonunadək Almaniyada “Anuga 2019” və Çində təşkil olunacaq “Food and Hotel China” beynəlxalq sərgilərində nümayiş olunacaq. Bildirilib ki, bu ilin əvvəlindən ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan müraciətlər əsasında sahibkarlıq subyektlərinə 7,1 milyon manat ixrac təşviqi ödənilib. İndiyədək isə sahibkarlara 15,1 milyon manat ixrac təşviqi verilib. Bu ilin ötən dövründə 6 xarici ölkəyə (Çin, Polşa, Latviya, Qətər, İsveçrə və Rusiya) 7 ixrac missiyası təşkil olunub. Ümumilikdə isə indiyədək xarici ölkələrə 31 ixrac missiyası təşkil edilib.
Diqqətə çatdırılıb ki, bu il ilk dəfə olaraq Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə başlanılacaq. Bu mexanizmin tətbiqi “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq, yerli məhsulların ixracının genişləndirilməsi, eləcə də, qeyri-neft istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq. İlk alıcı missiyasının təşkili bu ilin oktyabrında şərab və digər spirtli içki məhsullarının istehsalı sahəsində həyata keçiriləcək. Belə ki, alıcı missiyada iştirak məqsədilə Rusiyadan 8 şirkət seçilib. Cari ilin sonunadək qeyri-neft sektorunun müxtəlif sahələrində Gürcüstan, Özbəkistan, Polşa, Xorvatiya və digər ölkələrdən sahibkarlardan ibarət alıcı missiyalarının Azərbaycana səfəri nəzərdə tutulur.
Y.Abdullayev xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan ticarət evləri barədə məlumat verib. Bildirib ki, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Ticarət Evi fəaliyyətə başlayıb. Bu ticarət evi Azərbaycan məhsullarının Körfəz ölkələrində təşviqi və satışının təşkilində əhəmiyyətli rol oynayacaq. Bundan əlavə, Azərbaycan şərab və digər spirtli içki məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi və Rusiya bazarına satışının artırılması məqsədilə bu il iyulun 8-də Rusiyanın Yekaterinburq şəhərində şərab evi açılıb. Şərab evinin daimi fəaliyyət göstərən sərgisində Azərbaycan şirkətlərinin istehsalı olan 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər və sair təqdim edilir. Şərab evində nümayiş olunan Azərbaycan məhsulları böyük maraqla qarşılanır. Həmçinin Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Çində daha 5 ticarət və 2 şərab evinin açılması nəzərdə tutulur. “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda daha çox tanıdılması, eləcə də ixracın stimullaşdırılması tədbirləri davam etdirilir.