Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
31 Yanvar 2020 17:16
5 271
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Kiyevdə keçirilmiş Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və tədbir çərçivəsində təşkil olunmuş Dəyirmi Masada iştirak edib.
Komissiyanın iclasında və Ukrayna-Azərbaycan Dəyirmi Masasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin kiçik və orta sahibkarlıq (KOB) sahəsində böyük potensiala malik olduğunu və KOB-lar arasında əlaqələrin genişləndirilməsi üçün müxtəlif tədbirlərin təşkilinin önəmini vurğulayıb, ölkəmizdə KOB sektorunun inkişafına dövlət dəstəyi, bu sahədə KOBİA-nın fəaliyyəti barədə məlumat verib. KOBİA tərəfindən ölkələrimiz arasında KOB sahəsində əlaqələrin inkişafı məqsədilə əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə, sahibkarlar arasında birbaşa və sıx əlaqələrin qurulması üçün Azərbaycan-Ukrayna Biznes Şurasının yaradılmasına, biznes assosiasiyalar arasında aktiv əlaqələrin qurulmasına, dövlət-özəl sektor tərəfdaşlığı sahəsində Ukrayna təcrübəsinin öyrənilməsinə, birgə müsissələrin yaradılmasına dair təkliflər səsləndirilib.
Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası çərçivəsində KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov arasında imzalanmış sənəddə KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə məlumat və təcrübə mübadiləsinə, birgə tədbirlərin təşkilinə dair məsələlər öz əksini tapıb.
22 Sentyabr 15:07
833
22 Sentyabr 14:36
924
22 Sentyabr 14:36
805