“Fermerin işi istehsaldır, satış yox”
25 Dekabr 21:04
25 Dekabr 21:04
25 Dekabr 20:59
25 Dekabr 20:57
25 Dekabr 20:54
5 May 2020 13:50
2 289
Azərbaycan və İran malların tranzitini, habelə iki ölkə arasındakı dəmir yolu, dəniz və quru nəqliyyatında COVID-19 pandemiyası səbəbindən yaranan problemləri növbəti iki gündə həll etməyə qərar verib.
Bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi arasında təşkil olunmuş telefon danışığında bildirilib.
Qeyd olunub ki, sözügedən problemlərin öz həllini hazırlanmış sağlamlıq protokolları əsasında tapacaq. Danışıqda həmçinin iki ölkə arasında ikitərəfli ticarət və işgüzar əməkdaşlıq prosesinin asanlaşdırılacağı da vurğulanıb.
Bundan əlavə, Ş. Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çərçivəsində lazım olan ərzaq və avadanlıqlarla təmin edilməsi üçün İrana 5 mln. dollar ayrılmasına dair qərarın təsdiq etdiyini bildirib.
25 Dekabr 15:01
1 246
25 Dekabr 13:18
1 274
25 Dekabr 11:39
1 162