Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
13 May 2020 17:10
2 905
Azərbaycanın valyuta bazarında vəziyyət stabilləşib. Bunu "NBC Bank" və "AG Bank"ın lisenziyalarının ləğv olunması ilə bağlı keçirilən mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, Azərbaycan manatının məzənnəsi sabitdir və mart ayında qeydə alınan ucuz neft qiymətlərinin təzyiqi hazırda tam aradan qaldırılıb. Bundan başqa, monetar sabitliyin təmin olunması üçün vacib addımlar atılır. Yanvar-aprel aylarında orta inflyasiya üç faiz təşkil edib və bu Mərkəzi Bankın müəyyən etdiyi hədəf çərçivəsindədir. İnflyasiyanın ilin sonunadək bu çərçivə daxilində qalacağı gözlənilir.
Kreditlərin restrukturizasiyası üçün müraciətlərin həcmi 550 milyon manata çatır. Mərkəzi Bankın sədrinin sözlərinə görə, mayın əvvəlinədək ölkədə kreditlərin restrukturizasiyası üçün ümumilikdə 549 milyon manat məbləğində 48 min müraciət qəbul edilib və onlardan yalnız 15-i müsbət cavab almayıb. Bütün müraciətlərin təxminən 91 faizi biznes kreditlərə, 4 faizi istehlak kreditlərinə, 5 faizi isə ipoteka kreditlərinə aiddir. Bu günədək müraciətlərin 37 faizdən çoxuna baxılıb.
16 May 10:37
1 715
15 May 17:25
1 820
15 May 15:45
1 841