Nazirlik on mindən çox vətəndaşı fərdi qaydada qəbul edib İqtisadiyyat

Nazirlik on mindən çox vətəndaşı fərdi qaydada qəbul edib

Tural

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən "Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafiki"nə uyğun olaraq 9 rayon və şəhərdə (Lənkəran, Sumqayıt, Şirvan, Ağdam, Salyan, Şəki, Quba, Gədəbəy, Gəncə) vətəndaş qəbulu keçirilib. Qəbullar zamanı 44 rayon üzrə 617 nəfər (ötən ilin müvafiq dövrünə nisbətən 43 faiz çox) fərdi qaydada qəbul edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Hazirliyinin məlumatına görə, hesabat dövründə ƏƏSMN-nin rəhbərliyi və məsul şəxsləri tərəfindən qəbul edilən vətəndaşların ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çox, yəni 10 555 nəfər olub. Onlardan 948 nəfəri nazirliyin rəhbərliyi, o cümlədən 777 nəfəri nazir, 123 nəfəri nazir müavinləri, 48 nəfəri isə Aparatın rəhbəri tərəfindən qəbul edilib. Digər vətəndaşlar isə nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri obyektiv şəkildə araşdırılaraq, müvafiq tədbirlər görülüb. Qəbullar zamanı ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq sosial təminat növləri, müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı da həyata keçirilib, həmçinin sorğu xarakterli müraciətlərlə bağlı hüquqi izahatlar verilib.