6 şəhər və rayona dövlət büdcəsindən dotasiya ayrılmayacaq İqtisadiyyat

6 şəhər və rayona dövlət büdcəsindən dotasiya ayrılmayacaq

Milli Məclisə daxil olmuş 2015-ci ilin dövlət büdcəsi layihəsindən məlum olur ki, növbəti ildə bəzi şəhər və rayonlara dotasiya ayrılmayacaq.
Bunlar Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, İmişli rayonlarına adları çəkilən şəhər və rayonlara gələn il yerli gəlir və xərclərin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən vəsait nəzərdə tutulmayıb. Büdcə layihəsində bu şəhərələr üçün ayırlan pulun miqdarı yerli gəlirlərə aid olan məbləğlə göstərilib.
2015-ci ilin büdcə layihəsində Bakı şəhərinin gəlirləri 6 milyard 494 milyon manat, Sumqayıtın gəlirləri 84 milyon 964 min manat, Şirvanın gəlirləri 17 milyon 406 min manat, Mingəçevirin gəlirləri 32 milyon 761 min manat, Abşeron rayonunun gəlirləri 36 milyon 117 min manat, İmişli rayonu üçün iisə 20 milyon 903 min manat göstərilib.
Mütəxəssislər bunu adları çəkilən şəhər və rayonların öz tələbatlarını daxili imkanlar hesabına ödəməyə qadir olmaları ilə izah edirlər.