“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
11 Avqust 2020 17:43
3 682
Bu ilin iyul ayında boru kəməri ilə Ukrayna ərazisindən neftin tranziti ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1% (1,3 milyon tona qədər) artıb.
“APA-Economics” Ukraynanın magistral neft kəməri sisteminin operatoru “Ukrtransnafta”nın yaydığı məlumata istinadən xəbər verir ki, bundan əlavə, ötən ay “Ukrtransnafta” Ukraynanın neft emalı zavodlarına 170 min tondan çox neft nəql edib. Bu göstərici ötən ilin iyul ayına nisbətən 15,3% azdır. Nəql edilən neftin 116,4 min ton Ukrayna nefti, 11,3 min ton Azərbaycan və 42,3 min ton Amerika nefti olub.
2020-ci ilin iyul ayında neft daşımalarının ümumi həcmi ötən ilin iyul ayına nisbətən 20,3% (1,5 milyon tona qədər) artıb. Daşınan neftin həcmi 2020-ci ilin ilk yeddi ayında 8,8 milyon ton neft təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,6% çoxdur.
Xüsusilə, bu ilin yanvar-iyul aylarında Ukrayna neft emalı zavodlarına neft nəqlinin həcmi 1,5 milyon ton (2019-cu ilin bu dövrü ilə müqayisədə 14,5% çox), tranzit isə 7,4 milyon ton (artım 11,1%), bunun da 400 min tondan çoxu Belarusun “Mozır” neft emalı zavodlarına nəql edilib.
19 Sentyabr 10:22
1 022
19 Sentyabr 10:21
1 015
18 Sentyabr 10:02
1 421