Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
8 Sentyabr 2020 13:05
3 472
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünyanın bir çox ölkələri tərəfindən birgə buraxılış kimi hazırlanmış “ACT NOW” (İndi hərəkətə keç) mövzusunda poçt markalarını dövriyyəyə buraxıb.
Nazirlikdən verilən məlumata görə, “İndi hərəkətə keç” kampaniyası 2018-ci ilin dekabr ayında BMT-nin iqlim dəyişikliyinə həsr olunan konfransında ser Devid Attenboro tərəfindən başladılıb. Kampaniya insanları gün ərzində 10 sadə qaydaya əməl etməklə dünyadakı iqlim böhranının qarşısının alınmasında iştiraka ruhlandırmaq məqsədi daşıyır. Buraya sağlam qida, suya qənaət, avtomobilsiz həyat tərzi, tullantıların təkrar emalı və s. daxildir.
10 markadan ibarət kiçik vərəq şəklində hazırlanmış buraxılış Belarus Respublikasının Bobruysk şəhərində 10000 vərəq tirajla buraxılıb. Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.
22 Sentyabr 15:07
833
22 Sentyabr 14:36
924
22 Sentyabr 14:36
805

