"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
SEPAH: İran müdafiə üçün yeni silahlar hazırlamağa davam edir
FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir
Aİ-də qaz anbarlarında doluluq səviyyəsi son 15 ilin minimumuna enib
Çimərliklərdə ən çox boğulma təhlükəsi olan ərazilər açıqlanıb
FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub
9 Sentyabr 2020 13:54
3 290
Azərbaycanın istehsal etdiyi məhsulların Suriya bazarına ixracı nəzərdə tutulur.
Bunu Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycana bu bazara çıxışı İordaniya təmin edəcək ki, bu istiqamətdə danışıqlar artıq baş tutub: "Coğrafi baxımdan Suriya bazarına çıxış Livandan əlverişli olardı, lakin bu ölkədə mövcud problemlər buna imkan vermir. Məhz bu səbəbdən biz layihənin icrasını İordaniya ilə həyata keçirilməsini düşünürük".
Assosiasiyasının icraçı direktoru əlavə edib ki, bununla yanaşı, Azərbaycan məhsullarının həmçinin Misir, Oman və Bəhreyn bazarlarına da çıxarılması nəzərdə tutulur.
"Öz növbəsində, bu ölkələrin biznes dairələri Azərbaycanın əczaçılıq, neft-kimya sənayesinə, hotelçilik və restoran biznesinə sərmayə yatırmağa hazır olduqlarını bildiriblər. Əlbəttə, bunların hamısı pandemiyanın bitməsi ilə əlaqədardır ki, investorlar ölkəyə gəlib, əyani olaraq mövcud şəraiti qiymətləndirə bilsinlər", - deyə Y. Əliyev bildirib.