Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
10 Sentyabr 2020 11:10
3 332
“Pandemiya dövründə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatında azalma aşağı səviyyədə olub”.
Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.
Komitə sədri deyib ki, bu ilin 7 ayı ərzində ümumdaxili məhsul 2,8 faiz azalsa da, qeyri-neft sektorunda 1,6 artım olub: “Bu, digər ölkələrlə müqayisədə çox yaxşı göstəricidir. Dünən Prezidentin fərmanı ilə İqtisadi Şura yaradılıb. Şura qarşısında Azərbaycan iqtisadiyyatının yaxın 10 il ərzində 2 dəfəyə qədər artıma nail olunması məqsədi qoyulub. Qeyri-neft sektorunun inkişafı insan kapitalından istifadəni nəzərdə tutur. İqtisadi Şuranın qarşısına qoyulan məqsədlər Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qarşısında da qanunvericilik baxımından yeni çağırışlar qoyur”.
15:07
777
14:36
847
14:36
749