“Avronun məzənnəsinin aşağı düşməsi...” İqtisadiyyat

“Avronun məzənnəsinin aşağı düşməsi...”

Vüqar Bayramov: "Neftin dünya bazarında ucuzlaşmasından öncə başlayıb"

"Avronun məzənnəsinin aşağı düşməsi neftin dünya bazarında ucuzlaşmasından öncə başlayıb. Bu isə neftin qiymətinin azlaması və valyuta bazarına marağın artmasına gətirib çıxarır. Neftin dünya bazarında qiymətində azalmalar bu ilin avqust, avronun məzənnəsinin aşağı düşməsi isə artıq iyun ayından başlayaraq müşahidə edilməkdədir". Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib.O qeyd edib ki, avronun məzənnəsinin aşağı düşməsi ABŞ-ın Avropa Birliyinə, eləcə də avrozonaya jestidir: "Avronun məzənnəsinin aşağı düşməsinin avrozonanın ixrac imkanlarını artırdığını nəzərə alsaq, məntiqi olaraq avronun məzənnəsinin aşağı düşməsində udan tərəf Avropa Birliyidir.
İxracatçı ölkə kimi Avropa Birliyində istesal olunan məhsulların dollarla ifadəsinin dəyəri azalır. Bu da imkan verir ki, Avropa Birliyi, xüsusilə də avrozona daha çox məhsulu xarici bazara çıxara bilsin. Avronun məzənnəsinin aşağı düşməsindən iqtisadi baxımdan uduzan tərəf ABŞ-dır. ABŞ avronun məzənnəsinin aşağı düşməsilə Avropa Birliyinin canlanmasına və Avropa iqtisadiyyatının durğunluqdan çıxarılmasına çalışır. O baxımdan təbii ki, avronun məzənnəsinin aşağı düşməsində, aparıcı ölkələrlə yanaşı, ABŞ-ın razılığı və prosesə müdaxiləsini müşahidə etməsi qeydə alınır".
Vüqar Bayramovun proqnozlarına görə, avronun məzənnəsinin aşağı düşməsi davam edəcək: "Bir neçə gün öncə Avropa Mərkəzi Bankının açıqlaması, eyni zamanda dekabrın sonunda ABŞ-ın Federal Bankının uçot papkasının dəyişdirilməməsi ilə bağlı qərarı, dünya bazarında növbəti dövrlərdə də dolların məzənəsinin möhkəmlənməsi, avronun məzənnəsindəki azalma tendensiyasının davam etdiriləcəyini proqnozlaşdırır. Təbii ki, birmənalı şəkildə azalmalar davam etsə belə, bunun ciddi olacağı proqnozlaşdırılmır.
Nəzərə alsaq ki, son 7 ayda 8 faizə qədər azalma müşahidə edilib, bu da avronun dollara məzənnəsi baxımından əhəmiyyətlidir. Yanvar-fevral aylarında avronun məzənnəsindəki azlama tendensiyası cüzi olacaq. Güman olunur ki, bu ilin yaz aylarından başalayaraq avronun məzənnəsində artımlar qeydə alınacaq".
Avronun məzənnəsində müşahidə edilən ucuzlaşmanın manata təsirinə gəlincə, iqtisadçı bunu belə izah edib: "Azərbaycan manatının məzənnəsi dollara görə müəyyənləşir. Avroya, eyni zamanda digər valyutalara nisbətdə isə çarpaz məzənnə ilə müəyyənləşir. Yəni avronun dollara nisbətdə məzənnəsi dəyişirsə, avtomotik olaraq manata nisbətən məzənnəsi də dəyişir. Bu baxımdan növbəti iki ayda avronun dollara nisbətən məzənnəsindəki azalmalar avronun manata nisbətən azlamaları ilə də müşahidə ediləcək. Sonrakı mərhələdə isə avronun möhkəmlənməsi, avronun manata nisbətən də möhkəmlənməsinə səbəb olacaq. Təbii ki, biz kəskin, surətli, ikirəqəmli azalmalar proqnozlaşdırmırıq".

Əli