“Cəmiyyət yaxşı başa düşür ki, ölkədə sabitliyi qorumalıdır” Müsahibə

“Cəmiyyət yaxşı başa düşür ki, ölkədə sabitliyi qorumalıdır”

Niyaməddin Orduxanlı: "Ölkənin sabitliyini pozmağa cəhd edən şəxs kimliyidən aslı olmayaraq bu xalqın düşmənidir"

Dünyada neftin qiymətinin aşağı düşməsi nəticəsində ölkənin iqtisadi və sosial həyatında baş verən müəyyən çətinliklər cəmiyyətdə xırda narazılıqlar formalaşdırsa da, lakin həmin narazılıqlardan öz çirkin məqsədləri üçün yararlanma halları da müşahidə edildi. Xüsusilə müxalifətin radikal qanadı regionlarda meydana gələn xırda insdentləri ölkə səviyyəsinə qaldırmağa, bunu kütləvi itaətsizlik kimi qələmə verməyə çalışdı. Təbii ki, hər zaman olduğu kimi bu dəfə də cəmiyyət radikallara dəstək nümayiş etdirmədi və onların planlarının reallaşması yenə də mümkünsüz oldu. Həmçinin cəmiyyətin sağlam düşünən siyasi və sosial qanadı bu kimi vəziyyətlərdən istifadə etməyə çalışan radikalları kəskin şəkildə pislədi. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Niyaməddin Orduxanlı da "OLAYLAR"-a verdiyi müsahibədə qeyd edilən məsələlərə toxunub.
-Niyaməddin bəy, neftin qiymətinin aşağı düşməsi nəticəsində ölkədə yaranan müəyyən çətinlikləri radikal müxalifətin siyasiləşdirərək ondan yararlanmaq cəhdini necə qiymətləndirirsiniz?
-İlk öncə onu qeyd etmək istəyirəm ki, neftin uçuzlaşmasının səbəbi və səbəbkarı Qərbdir. Qərb artıq dünya dövlətlərini, nüvə silahı ilə deyil, "dollar silahı" ilə təhdid edir. Son 25 ildir ki, xüsusən də SSRİ dağılandan sonra ABŞ dünyanı birqütüblü idarə edirdi. ABŞ rəsmiləri düşünürdülər ki, SSRİ çökəndən sonra Rusiya yenidən ABŞ-la üz-üzə gələ bilməz. O ki, qaldı dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinə, bunu məqsədli şəkildə edilən bir kampaniya da adlandırmaq olar. Onlar fikirləşir ki, Rusiya büdcəsinin böyük hissəsini neftdən gələn gəlir olduğuna görə, bu yolla Rusiyanı çökdürə biləcəklər. Bu səbədən də neftdən aslı olan ölkələr, o cümlədən Azərbaycanda da budcənin 70 faizdən çoxu neft gəlirləri ilə dolur. Ona görə də müyyən çətinliklər yaranıb. Bu da təbii prosesdir. Neçə deyərlər, dünyada baş vermiş prosesdən Azərbaycan kənar qala bilməz. O ki qaldı, radikal müxalifətə, məncə, bu, məsələdə konkretləşdirmə aparsaq daha doğru olar. Bu gün Azərbaycan neftinin aşağı qiymətlə satılmasına Əli Kərimli uşaq kimi sevinir. O, özünü sanki bir uşaq kimi aparır. Əli Kərimlinin son vaxtlar verdiyi acıqlamalarda bu özünü açıq şəkildə göstərir. Neft ucuzlaşır, manat devalvasiyaya uğrayır, idxal olunan ərzaq məhsullarının və ya yerli məhsulların qiyməti qalxır, Əli Kərimli isə sanki bayram əhval-ruhiyyəsində olur. Səbəb? Səbəb aydındır. Əli Kərimli fikirləşir ki, əhalinin həyat şəraiti pisləşdikcə, ölkədə insanlar kasıblaşdıqca, daha çox narazılıq yaranacaq və bu da sabitliyin pozulmasına gətirib çıxaracaq. Bütün günü ümidini ona bağlayıb ki, ölkədə kütləvi narazılıq yaransın, sabitlik pozulsun, sosial partlayışlar olsun. Ancaq unudur ki, xalq onun kimlərini çox yaxşı tanıyır. Əli Kərimli pusquda duran vəhşi yırtıcını xatırladır. Bu gün ölkənin sabitliyini pozmağa cəhd edən şəxs kimliyidən aslı olmayaraq bu xalqın düşmənidir. Hesab edirəm ki, indiki vəziyyətdə xalqla hakimiyyətin daha sıx əməkdaşlığı vacibdir. Cənab prezident İlham Əliyevin son müşavirədə etdiyi çıxış insanlarda çox böyük bir ümid yaradıb ki, ölkədə köklü islahatlar aparılacaq və iqtisadi - sosial durum ciddi şəkildə dəyişəcək. Mən çox ümid və arzu edirəm ki, hökumət bu işin öhdəsindən gəlsin və doğrudan da prezidentin qoyduğu tapşırıqlar öz həllini tapsın. Əsas istiqamət bu olmalıdır. Köklü islahatlar ölkənin indiki vəziyyətdən çıxmasına çox böyük kömək edəcək. Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, hazırkı situasiyada Azərbaycanı bu vəziyyətdən çıxarmaq üçün İlham Əliyevin alternativi yoxdur.
-Bu gün hakimiyyəti səriştəsizlikdə ittiham edən həmin qüvvələrin mövcud durumu yoluna qoymaq üçün mümkün potensial və bacarıqları varmı?
-Əli Kərimlinin yanında nəinki bir gücülü kadr, heç peşəkar 5 nəfər siyasətçinin adını saya bilməzsiniz. Kim var onun yanında və ya kim qaldı ki? Çoxdan onu tərk ediblər. Onun xəyanəti və şəxsi ambisiyaları buna imkan vermədi. Yanında olan bir iki nəfər isə hakimiyyətdən qovulmuş Cəmil Həsənli kimi adamlardı. Həmin Cəmin Həsənlidir ki, son illər iki kitab nəşr edib. İkisini də İlham Əliyevə ən yaxın adamlar maliyyələşdirib. Biri Hafiz Paşayev, digəri isə, xarici işlər naziri Elmar Məmmədyarov. Hər iki kitabı açıb ilk səhifəsində bunu görə bilərsiniz. Cəmil Həsənli depuatat olanda kitabında yazırdı ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə Qafqazın lider dövlətinə çevrildi. Belə bir adamın cəmiyyətdə hansı nüfuzu ola bilər? Depuatat olmayandan sonra məcburən bu da Əli Kərimli kimi oldu "radikal müxalifət". Onu da deyim ki, Əbülfəz Elçibəyə xəyanət edən Əli Kərimli indiki hakmiyyətə satılmış şəxs olub. Məhz indiki hakimiyyət Əli Kərimlinin xəyanəti səbəbindən onu qovub. 2003-cü ildə mərhum Heydər Əliyevin səhhətində yaranmış problemi bilən Əli Kərimli İlham Əliyevə də xəyanət edib. İlham Əliyev də onu etdiyi xəyanətə görə bağışlamır. Belə xəyanətkarın yanında kim olar?
-Hazırkı şəraitdə anti-Azərbaycan şəbəkə radikal qüvvələrdən maksimum dərəcədə ölkədə sabitliyi pozmaq üçün yararlana bilərmi?
-Anti-Azərbaycan qüvvələr hər zaman maraqldır ki, ölkədə sabitlik pozulsun. Bunlar nəinki radikal siyasi qüvvələri, bütün imkanlarını səfərbər edərlər ki, ölkədə xaus yaransın. Mən çox aktiv sosial şəbəkə istifadəçisiyəm, idarə etidyim profilin 50 000-ə yaxın izləyiçisi var. İkinci devalvasiyadan sonra ölkənin bir neçə bölgələrində sadə insanlar ərzaq məhsullarının həddindən artıq qalxmasına etiraz etdilər və bu da təbii bir hal idi. Ancaq bu hadisədən kimlər isitfadə etmədi? Dərhal bayaq dediyim kimi pusquda duran Əli Kərimli sosial şəbəkə vasitəsi ilə "ölkədə xalq etirazı" kampaniyasını təşkil etdi. Suni şəkildə "ajotaj" yaradıldı. Əgər etiraz edənlər 100-200 nəfər idisə, Əli Kərimli fotoşop vasitəsi ilə bunu daha çox insanın mitinqə çıxması kimi təqdim edirdi. Hətta o qədər sevinirdilər ki, bir neçə il bundan qabaq keçirlilən mitinqi "bu gün də X rayonda eitraz aksiyası keçirildi" adı ilə cəmiyyətə sırımağa başladılar. Məqsəd o idi ki, insanlarda kütləvi etiraz aksiyasına maraq yaratsın. Ancaq Əli Kərimlinin bu hiyləsi işə keçmədi. Xalq ona dəstək vermədi. Cəmiyyət yaxşı başa düşür ki, ölkədə sabitliyi qorumalı və ona dəstək olmalıdır. Əks halda, hər kəs və ölkəmiz böyük fəlakətlə üz-üzə qala bilər.
-Həftə sonu ADP qərargahında müxalifət partiyaları bir araya gələrək böhrandan çıxış yollarını müzakirə ediblər. Sizcə, bu düşərgə hansı effektli təkliflərlə çıxış edə bilər?
-Bu gün kimsə yaranmış vəziyyətdən sui-istifadə etmək istəyirsə, onsuz da həmin qüvvələri xalq dəstəkləməyəcək. Ancaq hansisa siyasi təşkilat həqiqətən ölkənin taleyini düşnürsə və bu yönümdə təkliflər verir, çıxışlar edirsə, o qüvvələri də süngü ilə qarşılamaq lazım deyil. Bir daha qeyd etmək istəyirəm ki, kimin nə danışmasından aslı olmayaraq Azərbaycan xalq radikal qüvvələrə dəstək vermir və verməyəcək də.
-Ümumiyyətlə, indiki vəziyyətdə istər siyasi qüvvələr, istərsə də vətəndaş cəmiyyəti hansı mövqeni nümayiş etdirməlidir?
-Hər kəs qəbul etməlidir ki, neftin qiymətinin düşməsi nə üçün baş verir və bu müvəqqəti xarakter daşıyır. Bu prosesləri neftdən aslı olan ölkərin hər biri yaşayır. Onların da budcələrində kifayət qədər azalmalar var. Biz indiki vəziyyətdə ölkənin sabitliyini qorumalıyıq və unutmamalyıq ki, belə bir vəziyyətdə Azərbaycan milli maraqlarını sevməyən qüvvələr ölkəmizin zəifləməsinə çalışacaqlar. Biz, bir cəmiyyət olaraq buna hazır olmalıyıq. Bu ölkə hamımızındır! Ölkəmizi qorumalıyıq
-Bir sıra ölkələrdə də anoloji proseslər, devalvasiya baş verdi. Ancaq orada Azərbaycandakı kiimi ajiotaj yaranmadı. Sizcə, bu ajiotajın yaranmasına nə səbəb oldu?
-Bunun səbəbini yuxarıda qeyd etdim. Dövlətiçiliyimizə düşmən olan qüvvələr bu vəziyyətdən istifadə etmək istəyirlər. Həm də daxildə olan adını çəkdiyim şəxslər vəziyyətdən istifadə edib hakmiyyətə gəlmək arzusu ilə yaşayır.
-Bəs hökumətin həyata keçirdiyi antiböhran tədbirlərini necə dəyərləndirirsiniz?
-Azərbaycanda bir çox sahədə sürətli və təxirə salınmadan özəlləşdirmə həyata keçirilməlidir. Özəlləşmə kommunal sferadan başlamalıdır. "Azəriqaz", "Azərişıq", "Azərsu" kimi qurumlar özəlləşdirməyə çıxarılmalıdır. "Azərbaycan Dəmir Yolları" ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, AZAL, dövlət ali məktəbləri, olimpiya kompleksləri, səhiyyə müəssisələri, avtovağzal kompleksləri və bu kimi dövlət təşkilatları kütləvi və sürətlə özəlləşdirilməlidir. Xüsusilə Beynəlxalq Bank özəlləşdirilməlidir. Özəlləşmə keyfiyyətin artırılması deməkdir. Məsələn, Beynəlxalq Bank özəl olsaydı, heç kim orada üçüncü sinif şagirdinin belə gəlirliliyinə inanmadığı layihəyə bir milyard vəsait ayırmazdı. Heç kim öz pulunu çölə tökməzdi. İnsanlar şəxsi əmlaka daha həssas və etibarlı yanaşırlar. Təbii ki, özəlləşmə zamanı sui-istifadə hallarına, korrupsiya elementlərinə yol verilməməlidir və prezident bunun üçün xarici mütəxəssislərin də cəlb olunacağını bildirib. Eyni zamanda özəlləşdirmə beynəlxalq şirkətlərin və güclü xarici investorların cəlb olunması hesabına aparılmalıdır. Məsələn, Azərbaycanda dəmir yollarının gəlirli edilməsi üçün milyardlarla investisiya yatırılmalıdır. Etiraf edək ki, illərlə səriştəsiz idarəetmə nəticəsində bu sahəyə düzgün investisiya qoyulmayıb. Dəmir yollarının beynəlxalq standartlara uyğun qurulmasına, sürət qatarlarının alınıb işlədilməsinə ehtiyac var. Bu cür bir infrastruktur qurulması turizmin inkişafına da kömək edər.