“Əslində Azərbaycanda İŞİD var” Siyasət

“Əslində Azərbaycanda İŞİD var”

Rauf Arifoğlu: "Yurd" qrupunun nəzarətindəki təşkilat elə yerli İŞİD-dır"

Təhmasib Novruzov: "O öz maraqları üçün "ASALA" erməni terror təşkilatındanda istifadə edər"

AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov facebook statusunda İŞİD-ə açıq-aşkar dəstək verən və bu qaniçən terrorçu qruplaşmanı Azərbaycana gəlməyə səsləyən status yazıb: "İŞİD heç də hər adamın başını kəsmir. İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir... Və düşünürəm ki, düz də edir. Azərbaycana XOŞ gəlirsən, İŞİD". " Məsələyə münasibət bildirən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP-nin İŞİD-lə eyni zehniyyətə sahib olduğunu deyib. "Siyasi rəqiblərin, iqtidarla "əməkdaşlıq" edənlərin, işverənlərin, Kərimlilərə biət etməyənlərin başları kəsilməli imiş! Zehniyyət budur! Əslində Azərbaycanda İŞİD var! "Yurd" qrupunun nəzarətindəki təşkilat elə yerli İŞİD-dır. Sadəcə, özlərinin baş kəsmələrinə imkanları yoxdur - buna görə də İraqdakı, Suriyadakı partiyadaşlarını "GƏL" deyə, səsləyirlər", - deyə R. Arifoğlu qeyd edib.
"Azadlıq" Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov isə bildirib ki, AXCP sərdri Əli Kərimli üçün Azərbaycanın gələcəyi heç bir əhəmiyyət kesb etmir: "Sadəcə olaraq, Əli Kərimli üçün bir şey lazımdır, o da hansı yolla olursa, olsun hakimiyyətə gəlmək. Bu məqsədlə o, hər üsula əl atmağa hazırdır. Əgər Əli Kərimlini yaxın buraxsalar hətta o öz maraqları üçün "ASALA" erməni terror təşkilatından da istifadə edər. Bu baxımdan da, onun əmisi oğlunun "İŞİD"-lə əlaqələrinin üzə çıxması və "İŞİD"-i Azərbaycana dəvət etmə məsələsi gözlənilən hal idi. Çünki bu cür şəxslərdən bu kimi addımların atılması hər an gözləmək olar. Lakin Əli Kərimlinin hakimiyyətə gəlmək kimi istəkləri heç vaxt reallaşa bilməz. Çünki bu şəxslər öz partiyalarında nə isə bir yenilik etmək gücünə malik deyillər. Qaldı ki, hakimiyyətə gəlmək kimi istəklərini reallaşdıra bilsinlər. Ümumiyyətlə, bu gün hər kəs Əli Kərimlinin necə bir şəxs olduğunu çox gözəl bilirlər".
T.Novruzov onu da bildirib ki, uzun illərdir ki, radikal müxalifət partiyaları ölkədə fəaliyyət göstərirlər: "Ancaq fəaliyyət göstərdikləri bu illər ərzində nəyə isə nail olmaları mümkün olmayıb. Bundan sonra da nəyə isə nail ola biləcəkləri inandırıcı deyil. Birmənalı şəkildə radikal müxalifət partiya liderlərinin uğursuzluğa düçar olmalarının əsas səbəbi sosial bazalarının olmaması ilə bağlıdır. Radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiya liderləri tərəfindən müxalifətçilik fəlsəfəsinin əsası düzgün qoyulmayıb. Bu partiya sədrləri gecə-gündüz çalışırlar ki, düşdükləri bu çıxılmaz vəziyyətdən çıxsınlar. Amma çıxmaqları mümkün olan məsələ deyil. Çünki batan gəmini xilas etmək mümkün olmadığı kimi siyasi intihara məhkum edilən müxalifəti də bataqlıqdan qurtulmaları mümkünsüzdür".