Pakistan mətbuatı Qarabağdan yazıb Siyasət

Pakistan mətbuatı Qarabağdan yazıb

"National Herald Tribun" qəzetinin 19.08.2015-ci tarixli buraxılışında tanınmış jurnalist Raca Cavid Ali Bhattinin, "Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalının 22-ci il dönümü" adlı məqaləsi dərc edilib.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə qeyd edilir ki, 1993-cü ilin avqust ayında işğal edilmiş Azərbaycanın qədim yaşayış məskənləri olan Füzuli rayonunda işğaldan əvvəl 1 şəhər, 1 şəhər tipli qəsəbə və 75 kənd var idi. Rayonun ümumi ərazisi 1386 km2 əhalisi isə 105 min nəfərdən artıq idi . Rayonun işğaldan azad edilmiş ərazilərində hal hazırda 13 qəsəbə və 20 kənd vardır. Bu qəsəbələrdən 12-si işğaldan azad edilmiş ərazilərdə, məcburi köçkün ailələri üçün yeni salınıb. Hazırda ərazidə 51 mindən çox məcburi köçkün məskunlaşıb.
Məqalədə o, cümlədən Cəbrayıl rayonu haqqında da, məlumat verilərək bu rayonun ümumi ərazisinin 1049 km2 əhalisinin isə, 54 min nəfərdən çox olduğu bildirilib. Lakin, erməni işğalı nəticəsində onlar Azərbaycanın 58 rayonunun 2000-dən çox yaşayış məntəqəsində məcburi köçkün kimi məskunlaşıblar.
Qeyd olunub ki, erməni işğalı nəticəsində Fizuli və Cəbrayıl rayonlarının bütün infrastrukturu dağıdılmış yüzlərlə yaşayış məntəqəsi, şəhərlər və kəndlər yer üzərindən silinib. 10 minlərlə insan öz torpaqları uğrunda mübarizə aparmış, minlərlə insan şəhid olub və yaralanıb. R.C.Ali Bhatti öz məqaləsində Füzuli vəCəbrayıl rayonlarından bir neçə milli qəhrəmanın olduğunu da bildirib.
Yazar ermənilər tərəfindən dağlıq ərazidə yerləşən və təbii sərvətlərə malik Füzulivə Cəbrayıl rayonlarının talan edilməsi, meşə ərazilərinin kəsildiyi və yaxud yandırıldığı, tarixi yerlərin, məscidlərin, abidələrin, tikililərin dağıdıldığı, yaşayış məskənlərinin xarabalıqlara çevrildiyini, kənd təsərrüfatına yararlı bütün torpaqların məhv edildiyi barədə məlumat verib.
Müəllif qeyd edib ki, işğal edilmiş hər iki rayon zəngin yer altı və yer üstü təbii ehtiyatlara malik olublar. Lakin, həmin ehtiyatlar bu gün erməni barbarlar tərəfindən vəhşicəsinə talan edilərək Ermənistana daşınır.
Raca Cavid Ali Bhatti daha sonra qeyd edib ki, hazırda Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsinə baxmayaraq bu ərazilərdə yenə də güllə səsləri eşidilməkdədir. Erməni silahlı qüvvələri mütəmadi olaraq atəşkəs rejimini pozaraq burada məskunlaşmış dinc əhalini daim qorxu içində saxlamaqda davam edir.