“Azərbaycan öz mövqeyində qətiyyətlidir” Siyasət

“Azərbaycan öz mövqeyində qətiyyətlidir”

Aleksey Bıçkov: "ATƏT DTİHB-nin seçkilərdə müşahidəçi qismində iştirakdan imtina etməsi bu təşkilatın qərəzliliyini göstərir"

"Seçkilər" Media Mərkəzi - Azərbaycandakı seçkiqabağı mübarizəyə baxdıqda, qarşıdan gələn parlament seçkilərinin maraqlı və dolğun keçəcəyini demək olar. Hesab edirəm ki, budəfəki seçkilər də gərgin olacaq". Seçki-2015.az saytının xəbərinə görə, bu barədə Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun MDB ölkələri üzrə şöbəsinin rəhbəri Aleksey Bıçkov "İnterfax-Azərbaycan" İnformasiya Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Milli Məclisə seçkilərdə mübarizə aparan namizədlərin sayının təxminən dörd dəfə artdığını nəzərə alsaq, hətta bəzi dairələrdə bir yer uğrunda 30-dan artıq namizədin mübarizə apardığını görmək olar. Ekspert deyib: "Azərbaycan öz mövqeyində qətiyyətlidir. Azərbaycan yaltaqlığın olmadığı bir ölkədir, bu isə bəzi qüvvələri qıcıqlandırır". "BMT, ATƏT, AŞPA və digər strukturların, hətta bəzi dövlətlərin hökumətləri müstəqilliklərini və şəxsi qərar qəbul etmək imkanlarını artıq çoxdan itiriblər. ATƏT- in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərdə müşahidəçi qismində iştirakdan imtina etməsi bu təşkilatın prinsipləri ilə uzlaşmır və bu strukturun qərəzliliyini növbəti dəfə göstərir",- deyə Bıçkov vurğulayıb.