“Jirinovski gülünc və absurd fikirlər səsələndirib” Siyasət

“Jirinovski gülünc və absurd fikirlər səsələndirib”

Aqil Acalov: "Həyasızcasına iyrənc planlarından danışan Jirinovski bu dəfə də saytlara başlıq olacaq fikir bildirib"

"Daima gülünc vəziyyətində olan və özünə hörmət qoymayan, sanki bir şou əhlinin nümayəndəsi kimi daima diqqət mərkəzində olmaq istəyən bir rus siyasətçisi. Bəli söhbət artıq aydındır ki, kimdən gedir. Bu dəfədə diqqət mərkəzinə düşməyə çalışan LDPR lideri Vladimir Jirinovski, "Rossiya-1" telekanalının efirində yayımlanan "Vladimir Solovyovla bu axşam" teledebat zamanı gülünc və absurd fikirlər səsələndirib". Bu bəyanatla Azərbyacan Alpaqut Federasiyasinin prezidenti Aqil Acalov çıxış edib. O, bildirib ki, həyasızcasına iyrənc planlarından danışan Jirinovski bu dəfə də saytlara başlıq olacaq fikir bildirib: "Müstəqil Kürdüstan" və "Böyük Ermənistan" kimi düşüncələri ilə onun siyasətçi deyil, yaddan çıxmaq qorxusunda olan bir müğənni obrazını canlandırıb. Utanmadan Türkiyəyə sataşaraq bu fikirləri səsələndirib "kürdlər bizdən kömək gözləyir. Əgər biz kürdlərə onların müstəqilliyini tanıyacağımızı desək, Şərqi Anadolu da Türkiyənin əlindən çıxacaq. Kürdlərin sayı isə az deyil. 20 milyon nəfərdirlər. Onların artıq paytaxtı da bəllidir. Bu, Diyarbəkir şəhəridir. Əgər bunları etsək, biz son nəticədə müstəqil Kürdüstan və "Böyük Ermənistan" qazanmış olacağıq". Bunu oxuyan adi bir vətəndaş belə bu siyaətçiyə gülür. Çünki, Rusiyada hər 3 nəfərdən birinin qanında türk qanının axıdığını unudan Vladimir Jirinovski savadsız olduğu artıq danılamaz bir fakdır. Türkiyə 1918-ci ildə olan gücdə deyil, hörmətli Jirinovski. Qardaş Türkiyə dünyada gedən hər bir siyasi oyunu , dayandırmaq gücündə olan böyük bir dövlətdir. Özü belə atalarının 20- ci əsirin əvvələrində baş verən hadisələrdə onların Türkiyə tərəfində olduğunu etiraf edirsə. İndi nə oldu? Yoxsa keçmiş rus liderlərindən daha ağıllıdı? Onlar edə bilmədiklərini etmək istəyir? Düşünsun. Çünki o zamanlar ruslar daha güclü idi. Bunu bacarmadı. İndi dağılmaq qorxusu ilə yaşayan ruslarmı edəcək bunu? Ayıb və onun adına utanc verici bir ideyalardı. Çünki adının önündə bir partya adı və sədr sözü var".