İsrail şirkəti NATO ölkəsi ilə 260 milyon dollarlıq silah müqaviləsi imzalayıb Dünya

İsrail şirkəti NATO ölkəsi ilə 260 milyon dollarlıq silah müqaviləsi imzalayıb

İsrailin müdafiə şirkəti "Elbit Systems" NATO-nun Avropa üzvlərindən birinə PULS universal buraxılış sistemlərinin və döyüş sursatlarının tədarükü üzrə təxminən 260 milyon dollar dəyərində müqavilə imzaladığını elan edib.

Xalqcebhesi.az xəbər verir ki, razılaşma beş il müddətinə nəzərdə tutulub.

PULS sistemi idarəolunmayan raketlərin, yüksək dəqiqlikli döyüş sursatlarının və müxtəlif mənzilli raketlərin buraxılması üçün təyin edilib. Buraxılış qurğusu mövcud təkərli və tırtıllı platformalarla uyğunlaşır ki, bu da texniki xidmət və təlim xərclərini azaltmağa imkan verir.

Məryəm Quliyeva