ABŞ süni rif yaratmaq üçün "SS United States" laynerini batırıb Dünya

ABŞ süni rif yaratmaq üçün "SS United States" laynerini batırıb

ABŞ çərşənbə günü dünyanın ən böyük süni rifini yaratmaq məqsədilə Florida ştatının sahilləri yaxınlığında, Meksika körfəzində "SS United States" sərnişin laynerini batırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Agentliyin verdiyi informasiyaya görə, proses ilkin nəzərdə tutulduğundan daha çox vaxt aparıb. Gəminin qəsdən batırılması layihəsi Amerika hakimiyyətinə 13,5 milyon dollara başa gəlib.

Laynerin batırılmasında əsas məqsəd bölgəyə daha çox dalğıc cəlb etmək üçün dünyanın ən böyük süni sədd rifini yaratmaq olub.

1952-ci ildə ilk səfəri zamanı "SS United States" sərnişin layneri Atlantik okeanında sürət rekordu müəyyənləşdirib - təxminən 67 km/saat. Gəmi okeanı 3 gün, 10 saat və 40 dəqiqəyə keçib. Laynerin uzunluğu təxminən 305 metrdir.

Məryəm Quliyeva