BMT Təhlükəsizlik Şurası Fars körfəzindəki gərginliklə bağlı təcili iclas keçirəcək Dünya

BMT Təhlükəsizlik Şurası Fars körfəzindəki gərginliklə bağlı təcili iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Fars körfəzində vəziyyətin gərginləşməsini və dəniz təhlükəsizliyinə yönəlmiş təhdidləri müzakirə etmək üçün cümə günü təcili iclas keçirəcək. İclasın çağırılması təşəbbüsü ilə Bəhreyn çıxış edib.

Xalqcebhesi.az xəbər verir ki, "Iran International" nəşrinin "Security Council Report" monitorinq təşkilatına istinadən verdiyi məlumata görə, Manama regional təhlükəsizlik təhdidlərini, hərbi əməliyyatların bərpa olunması risklərini, eləcə də BMT Təhlükəsizlik Şurasının mart qətnaməsinin icrasını müzakirə etmək üçün iclasın keçirilməsini xahiş edib.

Sənəddə İranın Fars körfəzi dövlətlərinə hücumları və beynəlxalq gəmiçiliyə təhlükə yaradan hərəkətləri pislənilir.

İclas ABŞ və İran arasında birbaşa hərbi qarşıdurmanın mümkün bərpası ilə bağlı narahatlıqlar, həmçinin Hörmüz boğazından keçən kommersiya gəmiçiliyində davam edən fasilələr fonunda baş tutacaq.

Məryəm Quliyeva