14:21
210
Nepalda elektrik mikroavtobusun qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub, daha beş nəfər isə xəsarət alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti yerli polisə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, mikroavtobus yoldan çıxaraq yamacdan aşıb və təxminən 700 metr aşağı yuvarlanıb. Həlak olanlar arasında səkkiz böyük və iki uşaq var. Onların hamısı hadisə yerindəcə dünyasını dəyişib.
Məryəm Quliyeva