13:31
203
BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Əbu-Dabidə Ukrayna üzrə keçirilən üçtərəfli danışıqların yekunlarına dair ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu və Cared Kuşneri qəbul edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə BƏƏ-nin WAM xəbər agentliyinin sitat gətirdiyi bəyanatda bildirilib.
Görüşdə BƏƏ-nin milli təhlükəsizlik üzrə müşaviri Şeyx Təhnun bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər iştirak ediblər. "BƏƏ-də danışıqların təşkili böhranın siyasi həllinə nail olmaq üçün dialoqun gücləndirilməsi və diplomatik addımlar istiqamətində səylər çərçivəsində baş tutub", - deyə mətndə qeyd olunur. Bəyanatda vurğulandığı kimi, məsləhətləşmələrin keçirilməsi BƏƏ-yə olan beynəlxalq etimadı və onun sülh və sabitliyin dəstəklənməsinə yönəlmiş dəyişməz kursunu əks etdirir.
Məryəm Quliyeva