12:12
133
2030-cu ilədək qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda (ÜDM) payının 82%-ə, adambaşına ÜDM-in isə 9600 ABŞ dollarına çatacağı gözlənilir.
Bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, neftin qiyməti üzrə ehtiyatlı yanaşma əsas götürülüb, baza ssenaridə neftin qiyməti 1 barel üçün 65 ABŞ dolları qəbul edilib.
"2027-ci ildə iqtisadi artımın 2,7%, 2027–2030-cu illərdə orta illik artımın 3,3%, qeyri-neft-qaz sektorunda isə 4,4% olacağı proqnozlaşdırılır. Bu proqnozlar 2027-ci il dövlət büdcəsinin gəlir və xərc parametrlərinin əsasını təşkil edir".
12:15
126
12:11
133
11:38
427