Dublində Avropa Siyasi Birliyinin sammiti başlayır Siyasət

Dublində Avropa Siyasi Birliyinin sammiti başlayır

Bu gün İrlandiyanın paytaxtı Dublində Avropa Siyasi Birliyinin (EPC) IX sammiti öz işinə başlayır.
Xalqcəbhəsi.az xəbər verir ki, sammitdə Avropa ölkələrinin 50-yə yaxın dövlət və hökumət başçısının, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.
“Güclü, təhlükəsiz və əlaqəli Avropa” şüarı altında keçirilən sammitdə Avropanın təhlükəsizliyi, iqtisadi rəqabət qabiliyyətinin artırılması, enerji təminatı, demokratik dayanıqlılıq və Ukraynadakı müharibə ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Tədbirə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və İrlandiyanın Baş naziri Maykl Martin həmsədrlik edəcəklər.
Sammitdə Azərbaycan da daxil olmaqla, Avropa ölkələrinin liderləri iştirak edəcəklər.