11:19
168
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Əbu-Dabidə Moskva, Vaşinqton və Kiyev arasında baş tutan üçtərəfli danışıqların Ukrayna böhranının sülh yolu ilə nizamlanmasını yaxınlaşdıra biləcəyinə ümid etdiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, jurnalistlərin Əbu-Dabidəki danışıqların Ukrayna münaqişəsinin sülh yolu ilə həllini yaxınlaşdırıb-yaxınlaşdırmadığı barədə sualını cavablandıran Uitkoff "Ümid edirəm ki, elədir" deyə qeyd edib.
Daha əvvəl ABŞ emissarları Stiv Uitkoff və Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gəliblər. Amerika tərəfinin nümayəndələri Kreml yaxınlığında yerləşən "Four Seasons" otelinə gediblər.
Məryəm Quliyeva