12:15
182
Beynəlxalq Valyuta Fondunun (IMF) qiymətləndirməsinə görə, Azərbaycan və Qazaxıstanda potensial iqtisadi artımın yüksəlməsi əsasən kapital qoyuluşlarının artması və kapitaltutumlu sahələrə investisiyalarla əlaqədardır.
“APA-Economics” xəbər verir ki, bunu IMF-in Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Roberto Cardarelli regional iqtisadi icmalın təqdimatında bildirib.
Onun sözlərinə görə, Fondun hazırladığı yeni tədqiqat Qafqaz və Mərkəzi Asiya ölkələrində potensial iqtisadi artım tempinin yüksəldiyini göstərir. Bəzi ölkələrdə artım 0,5 faiz bəndindən 0,75–1 faiz bəndinə qədər dəyişir.
Roberto Cardarelli qeyd edib ki, potensial artımın yüksəlməsinin səbəbləri ölkələr üzrə fərqlənir.
“Qazaxıstan və Azərbaycan kimi neft ixrac edən ölkələrdə bu, əsasən kapitalın dərinləşməsi, yəni kapitaltutumlu sektorlara daha çox investisiya yatırılması ilə bağlıdır”, – deyə BVF rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan və Gürcüstan kimi iqtisadiyyatı daha çox şaxələnmiş neft idxalçılarında isə potensial artım əsasən ümumi amil məhsuldarlığının (TFP) yüksəlməsi hesabına baş verib.
Bu ölkələrdə Rusiya-Ukrayna müharibəsindən sonra ixtisaslı işçi qüvvəsinin axını, resursların sürətlə inkişaf edən sahələrə, xüsusilə informasiya-kommunikasiya texnologiyaları sektoruna yönəldilməsi iqtisadi məhsuldarlığı dəstəkləyib.
12:12
203
12:11
203
11:38
462