Fransada dəmir yolu vağzalında bomba həyəcanı elan olunub Gündəm

Fransada dəmir yolu vağzalında bomba həyəcanı elan olunub

Fransanın şimalında yerləşən Kale-Fretyun dəmir yolu vağzalına partlayış təhlükəsi barədə məlumat daxil olub.

Xalqcebhesi.az xəbər verir ki, Pa-de-Kale departamentinin prefekturası regionun sakinlərini və qonaqlarını ehtiyatlı olmağa çağırıb.

Yerli hakimiyyət orqanlarının xəbərdarlığına görə, insident qatarların hərəkətinə təsir göstərə bilər. Digər təfərrüatlar hələlik açıqlanmır.

Məryəm Quliyeva