Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır Siyasət

Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır

"Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır".

Bunu Moldova prezidenti Maya Sandu Avropa Siyasi Birliyinin Sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Biz Azərbaycanla enerji sahəsində əməkdaşlıq etməkdə maraqlıyıq. Enerji, xüsusilə Moldova da daxil olmaqla, hamı üçün problem olmağa davam edir. Baxmayaraq ki, biz son bir neçə il ərzində enerji mənbələrimizi diversifikasiya etmək və Rusiyadan asılılığımızı azaltmaq üçün çalışmışıq. Biz bu gün məhsuldar müzakirələr aparmağı və həll yolları tapmağı ümid edirik”.