13:13
385
Avropa İttifaqı noyabrın 16-da yeni Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nümayəndəsi Benjamin Haddad LCI televiziya kanalında bildirib.
"Bazar ertəsi biz Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcəyik", - deyən nazir əlavə edib ki, sanksiya siyahılarına 150 fiziki şəxs və 50 bank daxil edilə bilər. Haddadın sözlərinə görə, onların əksəriyyəti Fransa tərəfindən təklif edilib.
Rusiya tərəfi bundan əvvəl dəfələrlə vurğulayıb ki, Aİ-nin sanksiya siyasəti Ukrayna münaqişəsinin tənzimlənməsinə töhfə vermir.
Məryəm Quliyeva