Həmsədrlərdən növbəti riyakar bəyanat Siyasət

Həmsədrlərdən növbəti riyakar bəyanat

"Minsk qrupu həmsədrlərinə qarşı istənilən ittiham sülh prosesinə mane olan əsas elementi - Azərbaycan və Ermənistan prezidentlərinin sülh yolu ilə həll prosesinə çatmaqla bağlı siyasi iradə göstərməməsini ört-basdır etməkdir"


"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçiliyə sadiq qalırıq".
Bu barədə ATƏT Nazirlər Şurasının Belqradda keçirilən iclasında Rusiya, ABŞ və Fransa nümayəndə heyətlərinin rəhbəri - Rusiya xarici işlər naziriSergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirin birgə bəyanatında deyilir.
"Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkısyan arasında qarşıda gözlənilən görüşü dəstəkləyirik. Baş verən son gərginliklərin fonunda biz tərəfləri münaqişənin sülh yolu ilə həll prosesinə sadiqliyi təkrar nümayiş etdirməyə və sülh prosesində ciddi olmayan istənilən yanlış təsəvvürləri danışıqlar yolu ilə dağıtmağa çağırırıq. Tərəflər 2014-cü ildə hərtərəfli həlli nəzərdə tutuan Soçi, Uels v Paris görüşlərindəki danışıqları, 2016-cı ildə də hazırda danışıqlar prosesində olan təkliflər üzrə intensiv dialoqu davam etdirməlidirlər", - deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının ciddi şəkildə artması ilə bağlı status-kvo bu il qeyri-stabil olub.
"Biz xüsusilə minaatan və digər ağır silahlardan istifadəni pisləyir və bu silahların istifadə olunması səbəbilə dinc insanların xəsarət almasından təəssüf hissi keçiririk. Dağlıq Qarabağ promleminin hərbi yolla həlli yoxdur. Günahsız insanların ölümü və yaralanmasına bəraət qazandırmaq olmaz. Biz tərəfləri ən sərt dillə gərginliyi azaltmağa və insanların həyatını qorumağa çağırırıq. Həmsədrlər risk azaldıcı təkliflər irəli sürüblər. Ümid edirik ki, ATƏT araşdırma mexanizmi də daxil olmaqla tərəflər bu təklifləri qəbul edəcəklər", - deyə məlumatda vurğulanır.
"Azərbaycan rəhbərliyinin təmas xəttini keçən hərbçini və dinc sakini geri qaytarmaq barədə qərarı çox böyük köməyi olan humanitar jestdir və beynəlxalq humanitar öhdəliklərə uyğundur".
Bəyanatda deyilir ki, Azərbaycan rəhbərliyinin təmas xəttini keçən hərbçini və dinc sakini geri qaytarmaq barədə qərarı çox böyük köməyi olan humanitar jestdir və beynəlxalq humanitar öhdəliklərə uyğundur: "Biz 2010-cu ildə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən qəbul olunan Həştərxan bəyannaməsinə uyğun olaraq bütün girovların geri qaytarılmasına çağırırıq.
Həmçinin qonşu azərbaycanlı və erməni xalqlar arasında etimad yaratmaq üçün də dialoq olmalıdır. Biz tərəfləri münaqişədən əziyyət çəkən insanları bir yerə toplayan proqramları dəstəkləməklə bağlı həmsədrlərlə işləməyə çağırırıq.
Yola saldığmız ildə biz həmsədrlərə və Minsk qrupu formatına daha intensiv itthamların şahidi olduq. Bir daha qeyd edirik ki, Minsk qrupu tərəflərin qəbul etdiyi yeganə formatdır və ATƏT-ə üzv bütün ölkələrin etibarını qazanıb. Sülh danışıqları prosesində uğursuzluqla bağlı Minsk qrupu həmsədrlərinə qarşı istənilən ittiham sülh prosesinə mane olan əsas elementi - Azərbaycan və Ermənistan prezidentlərinin sülh yolu ilə həll prosesinə çatmaqla bağlı siyasi iradə göstərməməsini ört-basdır etməkdir.
Həmsədrlər Minsk qrupu prosesini dəstəkləməkdə maraqlı olan beynəlxalq və regional təşkilatları məlumatlandırmaqda davam edəcək. Biz ümumi məqsədimiz olan davamlı sülhə nail olmaq üçün tərəflərlə sıx işləməyə hazır olduğumuzu bir daha bəyan edirik".