Rusiyanın MDB ölkələrinə qarşı aqressiv siyasəti Siyasət

Rusiyanın MDB ölkələrinə qarşı aqressiv siyasəti

Tofiq Abbasov: "Rusiya əsas rəqiblərinə bildirmək istəyir ki, hücum mövqeyindədir və daha geri çəkilməyəcək"
Əli Orucov: "Putin özünü qorumaq üçün MDB-dən həm də bir müdafiə zolağı kimi yararlanır"
Elxan Şahinoğlu: "Rusiyanın işğalçı siyasəti istər-istəməz Gürcüstan və Ukraynanı NATO ilə daha sıx əməkdaşlığa məcbur edir"

Rusiyanın MDB ölkələrinə qarşı aqressiv siyasəti son zamanlar daha kəskin və təhlükəli xarakter alıb. Ümumiyytlə bu siyasət nə ilə nəticələnə bilər? Gürcüstan və Ukraynanın HATO-ya üzv qəbul edilməsi nə dərəcədə realdır?
Politoloq Tofiq Abbasov bildirdi ki, Rusiya öz qonşuları ilə sərt davranmaqla daha çox əsas rəqiblərinə bildirmək istəyir ki, hücum mövqeyindədir və daha geri çəkilməyəcək. Bu çağa qədər Qərb birqütblü vəziyyətdən geniş imkanlar əldə edə bildi. Vaxtı ilə Rusiya ilə yaxşı münasibətlərdə olmuş İraqda Vaşinqton, demək olar, Moskvanı aldatdı və Rusiya bundan 6 milyard dollarlıq müqavilələrini itirdi. Eyni vəziyyət Liviyada da təkararlandı. Və yenə Rusiya itirdi. Suriyada isə bir qədər fərqli vəziyyət ona görə yarandı ki, Moskva güzəştə getmədi... Ardınca Qərb Rusiyanı sıxışdırma siyasətini MDB məkanına gətirməklə Moskva üçün dözülməz şərait yaratdı. Məhz buna görə daim geriliyən Kreml anladı ki, passiv müdafiə onun iflasını yalnız yaxınlaşdırır... Krım hadisələrindən sonra Moskva psixoloji üstünlüyü əldən verməmək üçün həm də MDB subyektlərini hədələyib sanki daha sərt işlərə gedə biləcəyi barədə Qərbə mesaj ötürür... O ki qaldı Ukraynanın NATO-ya qəbul edilməsinə, mən buna inanmıram. Ukraynanın Krımı itirməsi lə bəlaları bitmir. Bu ölkə darin iqtisadi böhranı yaşamaqda davam edir. Onun çox müəmmalı gələcəyi Qərbu Rusiyadan çox düşündürür və hətta qorxudur. İqtisadi böhran yaşayan Qərb heç vaxt Kiyevin iqtisadi yükünü öz üzərinə götürməyəcək. Ona görə də Beynəlxalq Valyuta Fondunun baş direktoru Kristin Laqard Ukraynaya Rusiya ilə münasibətlərini yaxşılaşdırmaqla tənzimləməyi tövsiyyə edir... NATO problemli dölvlətlərə ürəkaçan vədlər verir, lakin onları öz sırasına qəbul etməyə tələsmir... Bir də ki, bu məsələdə Qərb Moskvaya özünün hədələyici mesajlarını verir".
Siyasi ekspert Əli Orucov dedi ki, Rusiya qlobal siyasətdə itirdiyi mövqelərini bərpa etməyə çalışır, beynəlxalq aləmdə ayrıca tərəf olamq istəyindədir: "Yəni Moskava dünyanın iqtisadi və siyasi cəhətdən yenidən bölüşdürülməsini hədəfləyib. Ona görə də həmişə olduğu kimi silaha və gücə arxalanır. Kreml açıq-aşkar bəyan edib ki, post sovet məkanı onun maraq dairəsindədir və kənar güclərin orda olmasına da isti yanaşmır. Gürcüstan və Ukraynaynanın başına gətirilənlər də məhz bununla bağlıdır. Lakin Rusiyanın istəməsindən asılı olmayaraq artıq Ukraynada dönməz proses başlayıb və qarşıdakı bir neçə illər ərzinə bu ölkə NATO və AB-nin üzvü olacağına inam günü gündən artmaqdadır. Putin də yaxşı anlayır ki, NATO və Avropa dəyərləri Ukraynada bərqərar olsa onun hakimiyyətinin sonu olacaq. Putin özünü qorumaq üçün MDB-dən həm də bir müdafiə zolağı kimi yararlanır".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, MDB dövlətlərini təzyiq altında saxlamaq Rusiya üçün faydalı deyil. RF SSRİ-ni bərpa etməklə özünün dağılmasının bünövrəsini qoyacaq. Onun sözlərinə görə, MDB xalqlarının əksəriyyətinin prizmasından rus mədəniyyəti və ədəbiyyatı rus hərbindən daha kəsərlidir. Tarixi imperiyaların böyük əksəriyyəti öz mədəniyyətləri ilə tərkibində olmuş xalqları ətraflarında birləşdirə biliblər: "Böyük Britaniya Birliyi bunun parlaq nümunəsidir. Rusiyanın hakim elitası rus xalqının mədəniyyətinin və ədəbiyyatının gücünə inanmır, ona görə hərbi işə salıb. Hərb qısa müddət ərzində keçmiş SSRİ dövlətlərinin böyük əksəriyyətini keçmişə qaytara bilər. Amma ilk fürsətdə həmin dövlətlər yenidən Rusiyadan ayrılacaq düşmənə çevriləcəklər. Krım ətrafında hadisələr Vladimir Putinin xeyrinə başa çatdı. Amma Putin sabitləşmə-sakitləşmə dövrünü başlaya bilmir. Görünür RF-in siyasi elitası sabitləşmə dövrünü başlamağa hazır deyil".
Politoloq hesab edir ki, RF hansı uğurla Krım hadisələrini başa çatdırdısa, eyni uğurla da sabitləşmə dövrünü yaxınlaşdırmalı idi. Sabitləşmə proseslərinin başlanmamasının günahkarı Suriya hadisələri, Qərbin iqtisadi-siyasi sanksiyaları, ritorikası deyil, Rusiyanın özüdür: "Belə davam edərsə, RF bir gərginlik mənbəyini digəri ilə əvəzləyəcək. Bu gün Rusiya zəif görünmür. Lakin o həmçinin uzun müddətli geosiyasi mübarizəyə də hazır deyil. Rusiyanın daxili buna imkan vermir. Qısa müddət ərzində Rusiyadan 30 milyard dollar kapital axını çox şey deməkdir. Ona görə RF növbəti mübarizə mənbəyinin yaranmasına imkan verməməli, sabitləşmə-sakitləşmə dövrünü xeyli yaxınlaşdırmalıdır". Onun fikrincə, bunun ən rahat variantı Türkiyə ilə münasibətlərə diqqətin artırılmasıdır: "RF, o cümlədən Putin bunu görmür və ya görmək istəmir. Şimali Qafqazda vəziyyətin gərginləşməsinin qarşısını yalnız isti Türkiyə-Rusiya münasibətləri ala bilər. Azərbaycana bu məsələdə hədsiz ciddi ehtiyac var. Ötən hər gün indi RF-ni bir gərginlik mənbəyinin digəri ilə əvəzlənməsinə aparır. Gərginlik ocaqlarının sayını 2 olması daha çox ehtimallıdır. 2 cəbhədə uzun müddətli mübarizədən sonra RF bu gün əldə etdiklərini tam itirə bilər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu vrğuladı ki, Rusiya işğalçı siyasəti istər-istəməz Gürcüstan və Ukraynanı NATO ilə daha sıx əməkdaşlığa məcbur edir: "NATO-nun özü də bu iki ölkənin təşkilata üzvlüyünü müzakirəyə çıxarmağa hazırdır. Beləliklə, əslində Rusiya Kırımı işğal etmək özünə ziyat etdi. Rusiyanın ziyanları gələcəkdə bir az daha artacaq".
Araşdırmaçı jurnalist Vasif Həsənli bildirdi ki, Rusiya nə qədər aqressiv dövlət olsa da, ancaq onun keçmiş SSRİ-ni bərpa etmək planı indiki halda ağılsızlıqdır: "İndi Rusiya daxilində böyük problemlər yaşanır, millətlərarası oyanış yaranıb, Rusiya Qərbin iqtisadi sanksiyalarına məruz qalıb. Rusiya rəhbərliyi inanmıram ki, bütün bunları nəzərə almır. İndiki halda Rusiyanın ən ağıllı siyasəti o olar ki, MDB ölkələri ilə xoş dil tapsın, Qərblə komparmisə gəlsin, əks halda atacağı addım Rusiya üçün bumeranq effekt yaradar. Fikir verin, indi Rusiyanın daxilində mövcud olan ayrı-ayrı millətlər müstəqil yaşamaq arzusunu dilə gətirirlər, ancaq onları saxlayan hələ ki, Rusiyanın güc nümayişidir. Ancaq heç kəs bilmir ki, sabah Rusiyada nə baş verəcək. Doğrudanmı Rusiya Qərbin təzyiqləri qarşısında tab gətirə biləcək? Bax, bu amili mütləq nəzərə almaq lazımdır. O ki, qaldı Ukraynanın NATO-ya üzv olması məsələsinə, mən yaxın zamanlarda Ukraynanın NATO-ya üzv olacağına inanmıram. Ukrayna NATO ilə yaxın illərdə yaxın əməkdaşlıq edə bilər, tərəfdaş ölkə ola bilər. Ancaq üzvlüyü inandırıcı görünmür. Çünki NATO-ya üzv olmaq üçün ilk növbədə mövcud problemlər aradan qaldırılmalıdır. Ancaq bildiyiniz kimi hazırda Ukraynada münaqişə mövcuddur, Krım məsələsi var və bu həll edilməyənədək Ukraynanın NATO-ya üzv qəbul edilməsi inandırıcı deyil".

Əli