“Əməkdaşlıq, tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas amillərindən biridir” Siyasət

“Əməkdaşlıq, tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas amillərindən biridir”

Asim Mollazadə: "Azərbaycanın ikitərəfli əməkdaşlığı heç zaman üçüncü tərəfə qarşı yönəlmir"


"Əməkdaşlıq, tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas amillərindən biridir. Azərbaycanın ikitərəfli əməkdaşlığı heç zaman üçüncü tərəfə qarşı yönəlmir. Yəni hansısa ölkə ilə münasibətlər heç bir halda üçüncü tərəfə xələl gətirməyib. Bu, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biridir". Bu fikirləri deputat Asim Mollazadə Azərbaycanın xarici siyasətini şərh edərkən deyib.
Deputat Azərbaycan Türkiyə münasibətlərinə toxunaraq bildirib ki, Azərbaycanla Türkiyəni bir-birinə ilk öncə qardaşlıq telləri bağlayır: "Azərbaycan Türkiyəyə "bir millət, iki dövlət" düsturu ilə yanaşır. Bizim ölkələrimizin münasibətləri hər bir istiqamətdə qardaşlığa söykənir. Ona görə də Türkiyə Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla münasibətlərini tamamilə dayandırıb və beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini müdafiə edir. Bu baxımdan da hesab edirəm ki, başqa dövlətlərlə münasibətlər bu dostluğa heç bir zərbə vurmayacaq". Asim Mollazadə qeyd edib ki, Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları ilə əməkdaşlığını normal şəkildə qurub və davam etdirir: "Rusiya və İranla son zamanlar daha sıx əməkdaşlıq ölkəmizin xaridi strategiyasının təzahürüdür. Burada heç bir qısqanclıqdan söhbət gedə bilməz. Azərbaycan bütün dünyaya açıq bir ölkədir və bu fikirləri beynəlxalq tədbirlərin hamısında səsləndirir".