“Ermənistanın İsrailə notası dipolmatik etiketləri pozur” Siyasət

“Ermənistanın İsrailə notası dipolmatik etiketləri pozur”

"Ermənistanın İsrailə Azərbaycana silah tədarükünün dayandırılması üçün nota verməsi diplomatik cəhətdən savadsız, qeyri-düzgün addımdır".
Bunu Azərbaycan Respublikasının Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov deyib.
Deputat bildirib ki, Ermənistanın bu addımı bir ölkənin digərinə təsir etməsi kimi qiymətləndirilməliidr: "Ermənistanın səlahiyyəti çatmır ki, bu barədə İsrailə nota versin. İsrail müstəqil dövlətdir və silah satışı ilə məşğuldur. Bu baxımdan kimə nə satdığının məsuliyyətini özü daşıyır. Ermənistan Azərbaycana silah satışının dayandırmasını heç vaxt diqtə edə bilməz".
Y.Abramov vurğulayıb ki, İsrailin Azərbaycan satdığı silahlar qaçaqmalçılıq yolu ilə yox, xüsusi müqavilələrlə göndərilir: "Ermənistanın İsrailə notası dipolmatik etiketləri pozur. İsrail kifayət qədər mövqeyi olan demokratik dövlətdir. Kimə nə satdığının məsuliyyətini dərk edir. Regionda səsi və gücü var. O cümlədən regionun spesifikasını əzbər bilir. Ermənistan kimi bir dövlətin yalvarışları, İsrailə təsir etməyə çalışması düzgün addım deyil. Heç kim İsrailə nə etməli olduğu barədə təsir edə bilməz".
Deputat qeyd edib ki, Azərbaycan işğalçı Ermənistana silah satılmaması ilə bağlı heç bir dövlətə nota verməyib: "Biz bunu heç kimə deməmişik. Nota vermək kifayət qədər ciddi addımdır. Hesab edirəm ki, İsrail belə notaları ciddiyə almayacaq. Ermənistan bu addımı ilə bir daha sübut edir ki, marionent, qorxaq, ikiüzlü dövlətdir. Ona görə də atdığı addımlar diplomatiyaya qeyri-adekvatdır".