“Azərbaycanın inkişafını təmin etmək üçün səylər davam etdiriləcək” Siyasət

“Azərbaycanın inkişafını təmin etmək üçün səylər davam etdiriləcək”

Azərbaycan Prezidentiİlham Əliyev BMT-nin baş katibinin müavini, BMT İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Büronun direktoru Cihan Sultanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev BMT baş katibinin müavini Cihan Sultanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının və BMT-nin baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətini yüksək qiymətləndirib.
Dövlət başçısı BMT-nin baş katibinə salamlarını çatdırmağı xahiş edib. BMTkimi nüfuzlu qurumun Azərbaycan dövlətinin fəaliyyətini yüksək qiymətləndirməsinin önəmini vurğulayan prezident İlham Əliyev bildirib ki, ölkəmizin bütün sahələrdə bundan sonra da inkişafını təmin etmək üçün səylər davam etdiriləcək.
Forumda iştirak etməkdən şərəf duyduğunu deyən BMT baş katibinin müavini Cihan Sultanoğlu Bakı Forumunun çox vacib bir tədbir olduğunu bildirib. O, Forumun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Görüşdə V Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd olunub. Bu Forumda müzakirə edilən məsələlərin, irəli sürülən təşəbbüslərin və multikulturalizm ideyalarının indiki dövrdə bütün dünya üçün vacib olduğu diqqətə çatdırılıb. Azərbaycanın BMT ilə humanıtar sahədə uğurlu əməkdaşlıq etdiyi vurğulanıb. Söhbət zamanı müəyyən təhdidlərin aradan qaldırılması üçün dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın möhkəmləndirilməsinin önəmi qeyd edilib. Görüşdə BMT-nin Azərbaycan ilə əməkdaşlığa önəm verdiyi bildirildi, birgə həyata keçirilən proqramlar, o cümlədən BMT İnkişaf Proqramı çərçivəsində reallaşdırılan layihələrdən söhbət açılıb. Bu proqramların bundan sonra da həyata keçirilməsi imkanları müzakirə olunub.