Azərbaycan-İsrail sənədləri imzalanıb Siyasət

Azərbaycan-İsrail sənədləri imzalanıb

Azərbaycan prezidenti İlham Əliyevin İsrail baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında" sazişi Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.
"Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında" Sazişi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.
"Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.
"Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında Birgə Komissiyasının yaradılması haqqında" Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.