“Vasitəçilər “qızıl orta“nı tapıblar... Siyasət

“Vasitəçilər “qızıl orta“nı tapıblar...

Bu barədə Rusiyanın ATƏT-də rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
Lukaşeviç xatırladıb ki, Hamburqda "2+3" formatında görüş baş tutmayıb.
Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində Dağlıq Qarabağa dair həmsədr ölkələrin bəyanata münasibət bildirən Lukaşeviç bəyanatın məzmunca mənalı olduğunu, danışıqlar prosesinin baza prinsipləri əks etdirdiyi söyləyib.
Lukaşeviçin qənaətinə görə, bəyanatda siyasi proses çərçivəsində müzakirə olunan yeni heç nə yoxdur. O, həmçinin Hamburqda "2+3" formatında görüşün baş tutmamasına görə Minsk qrupunun ünvanına səslənən iradlara da cavab verib.
"Fikrimcə, 2016-cı il göstərdi ki, Minsk qrupu münaqişənin əsas problemləri üzrə ümumi məxrəc istiqamətinə yönəlmək baxımından effektiv mexanizmdir. Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanması prosesinin irəli aparılması üçün çətin məsələləri həll etməyə yardım edən həmsədr ölkələrin prezidentləri və xarici işlər nazirlərinin həyata keçirdiyi tədbirləri nəzərdə tuturam. Baxmayaraq ki, ATƏT çərçivəsində bəzən Rusiya, ABŞ və Fransanın mövqeləri tam əksinə olur, Minsk qrupu çərçivəsində həmsədr ölkələr həmrəy hərəkət edir. Vasitəçilər "qızıl orta"nı tapıblar və bir-birini gözəl anlayırlar", - deyə Lukaşeviç bildirib.