Demokratik Konqo Respublikasında Eboladan ölənlərin sayı 3 267 nəfərə çatıb Dünya

Demokratik Konqo Respublikasında Eboladan ölənlərin sayı 3 267 nəfərə çatıb

Demokratik Konqo Respublikasında (DKR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölümlərin sayı sutka ərzində 41 nəfər artaraq 3 267-yə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media İşləri Nazirliyi məlumat yayıb.

DKR-də Ebolaya yoluxanların ümumi sayı 6 757 nəfər təşkil edir, son 24 saat ərzində isə 71 yeni hal aşkar edilib. Ölüm göstəricisi 48,3%-ə çatır.

Xəstəxanalarda və tibbi izolyatorlarda xəstəlik əlamətləri olan 813 nəfər var. Ebolaya yoluxmuş şəxslərin təmasda olma hallarının izlənməsi səviyyəsi 88,3%-ə çatır.

Mayın 15-də DKR və Uqandada başlayan alovlanma artıq Afrikada bu xəstəliyin müşahidə olunduğu bütün tarix ərzində ölüm sayına görə ikinci ən böyük epidemiya olub. Hazırda qızdırma Konqonun altı əyalətində qeydə alınıb, onun episentri İturi əyalətində yerləşir. Bununla belə, Cənubi Kivu əyalətində son 98 gün ərzində heç bir yeni Ebola halı qeydə alınmayıb.

Uqanda hakimiyyəti iyulun 28-də ölkədə Ebola alovlanmasının başa çatdığını elan edib. Avqustun 25-də Ümumdünya Səhiyyə Təşkilatı Uqandada epidemiyanın bitdiyini təsdiqləyib.

Məryəm Quliyeva