Rusiya, Türkiyə və İrandan ortaq bəyənnamə Siyasət

Rusiya, Türkiyə və İrandan ortaq bəyənnamə

Rusiya, Türkiyə və İran Suriya böhranın həlli ilə bağlı ortaq bəyanat qəbul edib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Sergey Lavrov bildirib ki, birgə bəyanatda hər üç ölkə Suriyanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edir: "Ümumi fikir bundan ibarətdir ki, münaqişənin hərb yolu ilə həlli ola bilməz. Biz münaqişənin alternativi olmadan siyasi-diplomatik yolla həllinə tərəfdarıq".
Nazir qeyd edib ki, üçtərəfli format münaqişənin həlli ilə bağlı ən effektli formatdır və eyni zamanda onun fəaliyyəti digər formatların fəaliyyətinə kölgə salmağa yönəlməyib.