“Lapşinin gətirilməsi Azərbaycanın siyasi iradəsini ortaya qoyub“ Siyasət

“Lapşinin gətirilməsi Azərbaycanın siyasi iradəsini ortaya qoyub“

"Aleksandr Lapşinin ekstradisiyası Azərbaycanın milli maraqlarını qorumaq əzmində olduğunu sübut edən çoxsaylı faktlardan biridir".
Bunu dünən jurnalistlərə açıqlamsında baş nazirin müavini Əli Əhmədov söyləyib.
Ə. Əhmədov deyib ki, Azərbayücan dövlət müstəqilliyinə, dövlət maraqlarına maraqlarına qarşı çıxan, bununla da milli qanunvericilyini, beynəlxalq hüquq normalarını pozan insanlara qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub: "Bu mövqe nəticəsində cinayət törətmiş hər bi r şəxsin qanun qarşısında cavab verməsinə nail ola biləcəyik. Azərbaycan dövləti kifayət qədər qətiyyətli siyasi iradəsini nümayiş etdirə bilir. Lapşinin Azərbaycana gətirilməsi Azərbaycanın siyasi iradəsini, dövlət mapraqlarını qorumaq naminə ən cəsarətli addımlar atmaq irədəsini ortaya qoyub ".