Sülh Platforması bəyanat yayıb Siyasət
10 Mart 2017 16:06
994

Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda qeyd edilir ki, Ermənistan prezidenti Serj Sarkisyanın bu günlərdə "Frans-Press" Agentliyinə (AFP) açıqlamasında əksini tapan müharibə ritorikası Cənubi Qafqaz regionunda yenidən sabitliyin və təhlükəsizliyin pozulmasına əsaslı zəmin yarada bilər.
Sülh Platforması hesab edir ki, dövlət rəhbəri səviyyəsində belə bəyanatın verilməsi Ermənistanın danışıqlar prosesində maraqlı olmadığını bir daha ortaya qoyur: "Biz Ermənistan-Azərbaycan Sülh Platforması olaraq dövlət başçılarının müharibə bəyanatı verməsini qəbuledilməz sayırıq və bilirik ki, belə hallar məqsədindən asılı olmayaraq insanlarda düşmənçilik və nifrət hisslərinin artmasına səbəb olur. Bu da öz növbəsində sülh prosesinə ciddi təhlükə yaradır. Hesab edirik ki, dövlət rəhbərlərinin münaqişənin həlli ilə bağlı çıxışları ciddi və konkret məsələlər üzrə aparılmalı olan danışıqların konstruktivlik aurasını qorumalıdır. Eyni zamanda Rusiyada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşü zamanı danışıqların dayandırılması səbəbləri haqqında səsləndirdiyi fikir bizdə çox ciddi narahatçılıq yaradır. Çünki sülh danışıqlarına ara verilən zaman silahların səsi daha gur eşidilir. Bu isə bütün region üçün böyük təhlükə və humanitar böhran deməkdir. Baş verə biləcək müharibə insan itkiləri ilə müşahidə olunan böyük faciələrə gətirib çıxarır ki, bu da münaqişənin həllini daha da çətinləşdirərək gələcək birgə yaşayış imkanlarını sıfıra endirir. Ermənistan-Azərbaycan Sülh Platforması olaraq yuxarıda qeyd olunan səbəbləri əsas götürərək dövlət başçılarını və rəsmilərini hərbi ritorikaya son qoymağa, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçi rolunu oynayan ATƏT-in Minsk Qrupu həmsədrlərini danışıqların bərpa olunması üçün səylərin artırılmasına səsləyirik. Həmçinin, ATƏT-in Minsk qrupunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qoşunların təmas xəttində yarana biləcək istənilən hərbi eskalasiyanın qarşısını almaq məqsədi ilə əvvəlcədən mandatlarına uyğun olaraq qabaqlayıcı tədbirlər həyata keçirməyə çağırırıq".
-
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
-
Bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradıldı
-
Xandanyan: Ermənistan və Azərbaycan marşrutlardan qarşılıqlı istifadə şərtlərini müzakirə edir
-
Türkiyədə gəzinti yaxtasında yanğın baş verib
-
“Bu Sərəncam Naxçıvana olan diqqət və qayğının bir daha təzahürüdür”
-
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilib - YENİLƏNİB
-
Rotterdam limanında partlayış baş verib
-
Türkiyədə gəzinti gəmisi yanıb, 115 sərnişin təxliyə edilib - VİDEO
-
Bölgələrdə külək güclənəcək
-
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
-
Ukrayna Litvada sursat istehsalı zavodu tikəcək
-
Salvador sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb
-
Çində gəmiqayırma zavodunda partlayış: 12 nəfər xəsarət aldı
-
İspaniya Melilyada dəniz çəpərinin quraşdırılmasına başlayıb
-
Rayonlarda qeyri-sabit hava avqustun 17-dək davam edəcək - XƏBƏRDARLIQ
-
Bakı metrosunda təmirlə əlaqədar sabahdan ekspres marşrutları fəaliyyətə başlayır - VİDEO
-
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb
-
Samuxda qarayaranın qeydə alınması ilə bağlı zəruri epidemioloji tədbirlər həyata keçirilir - BİRGƏ MƏLUMAT
-
Kolumbiya ABŞ-nin kartellərlə mübarizə koalisiyasına rəsmən qoşulub
-
Sabah Biləsuvarın bir hissəsində qaz kəsiləcək
-
"Mançester Siti" Doku ilə müqavilə müddətini uzatdı
-
2026-cı il məzunlarının elektron təhsil sənədləri “mygov” platformasında əlçatandır
-
“Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq
-
“Bu, Naxçıvanın əhəmiyyətinin artmasına xidmət edəcək"
-
HƏMAS seçkilərdə iştirak etməyə hazır olduğunu bildirib
-
İsrail hərbçiləri məskunlaşanların tikililərini ləğv edib
-
“Yeni maliyyə paketi Naxçıvanda həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib”
-
“Avroviziya 2027” Bolqarıstanda keçiriləcək
-
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
-
Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək
-
Paşinyan: Ermənistan Azərbaycanla elektrik enerjisi sahəsində əməkdaşlıq edə bilər
-
Sabah 36 dərəcə isti olacaq
-
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
-
“Naxçıvan Azərbaycanın iqtisadi və nəqliyyat inkişafında əsas mərkəzlərdən biri olacaq”
-
Ali Məhkəmə valideynlik hüququndan məhrumetmənin əsaslarına aydınlıq gətirib
-
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıb
-
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə çağırış edib
-
Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlanıb, araşdırma gedir
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
-
"Prezidentin səfəri Naxçıvanın geosiyasi və iqtisadi simasını kökündən dəyişir"
-
Bakı metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması işlərinin yekunlaşdırılması 11 aya planlaşdırılıb
-
Mərkəzi Bankda kriptoaktivlər üzrə normativ xarakterli aktların hazırlanması müzakirə edilib
-
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
-
Baş mühəndis: Dərnəgül deposunun tikintisi metropolitendə xətlərin ayrılması çərçivəsində aparılır
-
Konfrans Liqası: “Qarabağ” bu gün “Dinamo” Kiyevlə cavab oyununa çıxır
-
Samuxda beş nəfər xəstəxanaya yerləşdirilib, qarayara şübhəsi araşdırılır
-
Bu il Azərbaycanda 30,2 min şəxsə əlillik təyin olunub
-
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
-
Əhaliyə yeddi ayda 6 milyard manatdan çox sosial ödəniş edilib
-
Qarabağ və Şərqi Zəngəzurda uşaqlar üçün yaradıcılıq ustad dərsləri keçiriləcək
-
Rejissor Mikayıl Mərdinli: Teatr üçün “dünən” də yoxdur, “sabah” da – yalnız “bu gün” var - MÜSAHİBƏ
-
Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edilib
-
İmişlidə yanğın törədən şəxs saxlanılıb
-
Qızıl və gümüş ucuzlaşıb
-
DYP piyadalara müraciət edib
-
Azərbaycan nefti 95.5 dollara satılır
-
Bu günün valyuta məzənnələri
-
"Avropa bürokratları o qədər həyasızlaşıblar ki... "
-
Nyu-York birjasında təbii qazın dəyəri azalıb
-
Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın olub
Xəbər lenti
