“Naxçıvan Azərbaycanın iqtisadi və nəqliyyat inkişafında əsas mərkəzlərdən biri olacaq”
Ali Məhkəmə valideynlik hüququndan məhrumetmənin əsaslarına aydınlıq gətirib
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə çağırış edib
Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlanıb, araşdırma gedir
11:34
301
Bakı metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması işlərinin tam olaraq yekunlaşdırılması 11 aya yaxın müddətdə planlaşdırılıb.
"APA-Economics" xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov jurnalistlərə açıqlamasında bildirib.
"Bu müddət ərzində artıq birləşdirmə tunelinin inşasından sonra metropolitendə yaşıl və qırmızı xətlər müstəqil şəkildə fəaliyyətini davam etdirəcək", - baş mühəndis qeyd edib.
Onun sözlərinə görə, aparılacaq işlərlə əlaqədar artıq hərəkətin çevikliyi, dayanığlığının təmin olunması, intervallar üzərində kifayət qədər tədbirlərin təmin olunması işlərinə başlanılacaq.
Namiq Yusubov onu da vurğulayıb ki, aparılan işlər çərçivəsində Dərnəgül deposunun tikintisi aprılır. Deponun tikintisi çərçivəsində növbəti mərhələnin gələn ilin sonu, 2028-ci ilin əvvəlində bitəcəyi gözlənilir.