12:11
420
Sumqayıtda restorandan oğurluq edən və ikitəkərli nəqliyyat vasitələri qaçıran şəxslər saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən restoranların birindən zərərçəkənə məxsus içərisində pul, bank kartları və digər şəxsi əşyalar olan çanta oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 28 yaşlı E.Nuruzadə müəyyən edilərək saxlanılıb.
Şəhər ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə 450 manat dəyərində moped və 1500 manat dəyərində “Tufan” markalı motosikleti oğurlamaqda şübhəli bilinən S.Əliyev və N.Əlizadə də müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar davam etdirilir.