“Beynəlxalq hüquq Azərbaycanın yanındadır” Siyasət

“Beynəlxalq hüquq Azərbaycanın yanındadır”

Tomas de Vall: "Bütün beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğal edildiyi faktını qəbul edir"

"Dağlıq Qarabağ münaqişəsi tədricən güzəştlər yolu ilə həll oluna bilər. Məsələn Ermənistan nəqliyyat-kommunikasiya qarşılığında rayonları qaytara bilər. Hətta bu bir addım qarşılığında bir rayon da ola bilər".
Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə eksperti Tomas de Vall belə deyib.
Lakin o, hazırda münaqişənin həllinin mümkün olduğuna inanmır: "Münaqişədə təhlükəsizlik vacib amildir. Digər tərəfdən, hər iki tərəfdə hansısa güzəşt xəyanət, yaxud mili təhlükəsizlik maraqlarına etinasızlıq kimi qəbul edilə bilər. Buna görə də mən tədricən, kiçik addımlarla həll yolunu üstün tutaram: təmas xəttində ağır artilleriyanın çəkilməsi qarşılığında siyasi danışıqların bərpası ola bilər".
Tomas de Vall qeyd edib ki, ermənilər azərbaycanlı qaçqınların mülkiyyətini dağıtdıqlarını, evlərindən didərgin düşdüklərini anlamalıdır: "Bütün beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğal edildiyi faktını qəbul edir, beynəlxalq hüquq da Azərbaycanın yanındadır. Ermənilər bunu anlamalıdır. Buna görə də qaçqınların öz evlərinə qayıdışına imkan verməlidirlər".