Türkiyənin ehtiyatda olan hərbçiləri Azərbaycanda səfərdədir Siyasət

Türkiyənin ehtiyatda olan hərbçiləri Azərbaycanda səfərdədir

Türkiyənin Ehtiyatda olan Hərbi Qulluqçular Təşkilatının sədri, ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuşun və Türkiyə Müharibə Veteranları Təşkilatının sədri, ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərlik etdikləri nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
İyulun 4-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Qarabağ müharibəsi zamanı əlil olmuş vətəndaşlarımızın qardaş Türkiyədə müalicə olunmaları, onlara yaxından göstərilən qayğı və dəstəyə görə türkiyəli qonaqlara dərin təşəkkür ifadə edilib.
Hər iki təşkilatın sədri Azərbaycanda səfərdə olmalarından məmnunluq hissi keçirdiklərini bildirib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə minnətdarlıqlarını çatdırıblar.