“Fransa münaqişənin həll olunması istiqamətində çalışır” Siyasət

“Fransa münaqişənin həll olunması istiqamətində çalışır”

"Prezident İlham Əliyevlə Görüşdə bildirdim ki, Fransa həmsədr ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində çalışır. Biz bununla öz vasitəçi missiyamızı yerinə yetirməyə çalışırıq".
Bunu Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bununla bağlı Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskonti ilə daimi əlaqə saxlayırlar: "Bildiyimiz kimi səfir Viskonti Fransanın ATƏT-in Minsk qrupunda təmsil olunur. Həmsədrlə öz işlərini lazımınca yerinə yetirirlər. Hazırda bu işlər gedir. Bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub. Ola bilsin ki, gələcəkdə daha yüksək səviyyədə görüş baş tutsun. Fransa bu prosesin aparılmasına daim diqqətlə yanaşır".