“Qanunun aliliyi bütün məsələlərin həllində əsas götürülməlidir” Siyasət

“Qanunun aliliyi bütün məsələlərin həllində əsas götürülməlidir”

Fikrət Sadıqov: "Zamanında güc tətbiq edilmədikdə sonradan hadisələrin qarşısını almaq çətin olur"


"1988-ci ildə Azərbaycanda baş verənlərə seyrçi mövqedə dayanan Avropa indi özü həmin hadisələrlə üz-üzə qalıb. O zaman Avropanın sərgilədiyi mövqe nəticəsində Dağlıq Qarabağdan başqa 7 rayonumuzun da işğal olunması ilə nəticələndi. Həmin dövrdən uzun illər keçməsinə baxmayaraq bu mövqe dəyişməz olaraq qalıb". Bunu politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, son baş verənlər bir daha göstərdi ki, qanunun aliliyi bütün məsələlərin həllində əsas götürülməlidir.
Politoloq bildirib ki, zamanında güc tətbiq edilmədikdə sonradan hadisələrin qarşısını almaq çətin olur: "Artıq İraq o qədər zəifləyib ki, orada separatçılıq baş verir. Avropanın özündə də Kataloniyaya bənzər separatçı qüvvələr var. Onlar da öz dövlətlərindən ayrılmaq arzusundadırlar. Əgər qəti şəkildə tədbir görülməsə, Avropa parçalanacaq. Demək olar ki, Avropada bundan sonrada 10-15 dövlət yarana bilər. Əgər Avropa bunu istəmirsə qanuna əməl etməlidir".
F. Sadıqov qeyd edib ki, Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəy müsbət deyil: "Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə heç bir dəstək vermədi və buna heç ümid də yoxdu".