“Putinin siyasəti....” Siyasət

“Putinin siyasəti....”

Məhəmməd Əsədullazadə: "Yaxın Şərqdə və dünyada sülhə, təhlükəsizliyə xidmət etməyəcək"

"Altı ildir terrora və silahlı müxalifətə qarşı yorulmaq bilməyən Suriya Ərəb ordusunun son uğurları onların Bəşər Əsədə sadiq qalaraq, ölkənin ərazi bütövlüyü və terrorizmə qarşı mübarizədə davamlı mübarizə apardıqlarını göstərir". Bunu politoloq Məhəmməd Əsədullazadə bildirib: "Qeyd edim ki, Qərbin Suriyada məzhəb siyasəti və guya xalqın Əsədə qarşı olduğu kimi propaqandası faş olmaqdadır. Qərb tərəfindən təbliğ olunan Suriyada Əsədin ələvi xalqın və ordunun sünnü olduğu kimi çox ciddi ayrı-seçkilik siyasəti 6 ildə fiaskoya uğradı. Həqiqətən ələvi kəsimin 90 faizinin sünnülər üzərində hakimiyyət olduğu ortadadır. Amma, bu, ölkədə ayrı-seçkiliyə yol açmayıb. Orduda dövlətin bütövlüyü naminə Əsədə sadiqliyini göstərir. Xüsusi olaraq qeyd edim ki, Suriya ordusunu ilk illərdə dağıtmaq və parçalamaq istədilər. Amma, buna nail ola bilmədilər". Politoloq deyib ki, hazırda Suriyada Birləşmiş Ştatlar və Rusiya vəkalət müharibəsi aparır: "Ölkənin infrastrukturu dağılıb, xalqın böyük qismi xaricdə və daxildə acınacaqlı və köçkün vəziyyətində yaşayır. Müharibəyə qədər isə, Suriya xalqı anti-demokratik sistem şəraitində idarə olunsa da, əhalinin sosial drumu normal və orta təbəqə formalaşmışdı. Ümumiyyətlə, Suriyada başladılan üsyan və müharibə demokratiya naminə deyildi. Məqsəd Əsədi devirib, ölkəni parçalamaq, xaos yaratmaq, İsrailin qonşuluğunda güclü hakimiyyəti devirmək, Təl -Əvivə qarşı olan Əsədi ortadan götürmək idi. Əlbəttə ki, Əsədi Qərbin əlindən Putin xilas etdi. Putinin siyasəti isə, Yaxın Şərqdə və dünyada heçdə sülhə və təhlükəsizliyə xidmət etməyəcək. Rusiya gücləndikcə, Cənubi Qafqaza, xüsusilə Azərbaycana qarşı təzyiqləri artacaq. Rusiyada Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovskinin ötən gün Azərbaycanı Rusiyanın tərkibində görmək istədiyi kimi fikirləri, artıq Rusiyanın Yaxın Şərqdə güclənməklə, Cənubi Qafqazıda öz təsir dairəsinə daxil etmək planından xəbər verir.Jirnovskinin dili ilə danışan Putinin siyasəti Rusiyanı parçalayacaq, nəinki, Azərbaycanı öz tərkibinə qatacaq. Putinin imperalist və işğalçı siyasəti heçdə uğurla davam etməyəcək. Bir müddətdən sonra, Kreml tərkibində olan muxtar respublikaların mərkəzdən qaçma siyasəti ilə üzləşəcək. Ancaq hələlik Yaxın Şərq və Suriya siyasəti Putinə dividentlər qazandırır".