ABŞ Ermənistanı sanksiyalarla hədələyib Siyasət

ABŞ Ermənistanı sanksiyalarla hədələyib

ABŞ Ermənistanı "qara siyahı"ya salınmış Rusiya şirkətləri ilə sazişlər bağlayacağı təqdirdə sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq edib.
"Report" Ermənistanın "Aykakan Jamanak" qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yerevandakı səfirliyinin bəyanatında bildirilib.
"Biz hökuməti və bir sıra ölkələrin özəl şirkətlərini Rusiyanın adı siyahıda olan şirkətləri ilə əhəmiyyətli sazişlər imzalanacağı təqdirdə sanksiyalar tətbiq edilə biləcəyi ilə bağlı xəbərdar etdik", - ABŞ diplomatik missiyasından bildirilib.
Nəşr qeyd edir ki, kontekstdən "əhəmiyyətli sazişlər" deyərkən nə nəzərdə tutulduğu aydın olur.
Xatırladaq ki, ötən ilin dekabrında Ermənistan prezidenti Serj Sarqsyan daha əvvəl ölkə parlamentinin qəbul etdiyi Rusiyadan 100 milyon dollar məbləğində silah alınması üzrə Rusiyadan kredit götürülməsi üzrə sazişi ratifikasiya edib.
"Digər ölkələrin Rusiyadan hərbi-kəşfiyyat vasitələri alğısını məhdudlaşdıraraq Rusiyanı onarln satışından əldə olunacaq gəlirlərdən məhrum edirik. Çünki bu gəlirlər beynəlxalq mənfi təsir və qeyri-sabitlik kampaniyasını davam etdirilməsi üçün istifadə edilə bilər", - ABŞ-ın Ermənistandakı səfirliyindən vurğulanıb.
Qeyd edək ki, Ermənistanın maliyyə naziri Vardan Aramyan sanksiya riski olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Yerevan üçün problemli vəziyyət yaranacağı halda onlar amerikalı tərəfdaşları ilə danışıqlara başlayacaqlar.
Kreml nə vaxtsa yürütdüyü siyasətin fəlakətli olduğunu anlayacaq.
Axar.az xəbər verir ki, bunu "1in.am" saytına açıqlamasında ABŞ-ın Gürcüstan və Ukraynadakı keçmiş səfiri Con Xerbst söyləyib.
"Avrasiya İttifaqı təkcə Qazaxıstan və ya Belarus üçün yox, həm də Rusiya üçün çox uğursuz layihədir. Çin, Cənubi Koreya, Yaponiya, Tayvan göstərdi ki, çiçəklənməyə gedən yol dünya iqtisadiyyatına tam inteqrasiyadan keçir. Uğur formulu proqressiv olmayan ölkələrin birləşməsindən ibarət deyil. Bu formul uğursuzluq gətirəcək. Ona görə də mən düşünürəm ki, Avrasiya İttifaqı siyasi layihədir. Əgər Moskva çoxlu sayda elmi nailiyyətlər əldə etmiş böyük rus xalqına azadlıq versə, Rusiya yenidən möhtəşəm güc ola bilər. Bu, Rusiyanın gücünə gedən yoldur. Bu həm də Ermənistana da aiddir.
Əgər Rusiya hansısa formada imperiyanı bərpa etmək istəyirsə, onun müasir iqtisadiyyatı olmayacaq. Zamanla Rusiya kasıblayıb, zəif dövlətə çevriləcək. Məncə, 5-10 il sonra Moskvadakı rəhbərlər özlərinə gəlib, son 10 ildəki siyasətlərinin necə fəlakətli olduğunu görəcəklər. Ermənistan üçün Rusiya imperiyasının təsirindən qurtulmaq çox çətindir, amma bu, mümkündür. Rusiya imperiyası nə zamansa yox olacaq. Ona görə ki, bu, rus xalqının maraqlarına cavab vermir", - deyə o bildirib.