Prezident Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib Siyasət

Prezident Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovu qəbul edib.
Valeri Gerasimov İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etdi və bu seçkiləri xalqın dövlət başçısına olan böyük etimadının göstəricisi kimi qiymətləndirib.
Azərbaycan prezidenti təbriklərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-Rusiya uğurlu əlaqələri müzakirə edilib, gələcək qarşılıqlı faydalı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
Valeri Gerasimov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşünə ölkəmizin ev sahibliyi ilə əlaqədar dövlət başçısına minnətdarlıq edib.
Azərbaycan prezidenti görüşün Bakıda keçirilməsini ölkəmizə olan inamın göstəricisi kimi dəyərləndirib və görüşün beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.